Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

İsrayıl Dövlətinin Azərbaycan Respublikasındakı səfiri cənab Dan Stavin 24 avqust 2017-ci il tarixdə Göyçay şəhərində olmuşdur

24 avqust 2017 | 16:00

İsrayıl Dövlətinin Azərbaycan Respublikasındakı səfiri cənab Dan Stavin regiona səfəri çərçivəsində 24 avqust 2017-ci il tarixdə Göyçay şəhərində olmuşdur.
Səfir Dan Stav Göyçay şəhərinə səfəri çərçivəsində rayon icra hakimiyyətində olmuş və rayon icra hakimiyyətinin başçısı cənab Mehdi Səlimzadə ilə görüş keçirmişlər.
Səfirlə keçirilən görüşdə rayon icra hakimiyyətinin başçısı cənab Mehdi Səlimzadə qonağa dövlət başçısı İlham Əliyev cənabları tərəfindən ölkədə yaradılmış siyasi sabitlik, iqtisadiyyatın şahələndirilməsi, biznes və investisiya mühütünün davamlı olaraq yaxşılaşdırılması, sahibkarlığın inkişafı sahəsində ölkədə aparılan islahatlardan danışıb. Həmçinin ölkəmizdə ənənə halını almış tolerant və multikultural mühit bütün dünyada ən müasir və mütərəqqi cəmiyyət modeli kimi qəbul edildiyindən bəhs edib. Sonra qonağa Göyçayın tarixi, coğrafi mövqeyi, əhalisi və sosial-iqtisadi inkişafı barədə məlumat verilib.
Səfir Dan Stav görüşdə ölkələrimiz arasında münasibətlərin inkişafından danışıb. O bildirib ki, xalqlarımız əsrlərboyu birlikdə dostluq, mehribanlıq şəraitində yaşayıblar. Bu gün də yəhudilər üçün Azərbaycan doğma vətəndir. Azərbaycanda mövcud tolerantlıq mühitinin ölkəsində yüksək dəyərləndirildiyini və özündə böyük heyranlıq yaratdığını qeyd edən israilli diplomat respublikamızın sabitlik məkanı olduğunu, azsaylı xalqların sülh və əmin-amanlıq şəraitində birgə yaşadığını diqqətə çatdırıb və rayonda ona göstərilən diqqət və qayğıya görə minnətdarlığını bildirmişdir.
Sonra İsrailli diplomat səfər çərçivəsində Göyçay Gənclər Mərkəzində «MAŞAV» (İsrayıl Dövlətinin Xarici İşlər Nazirliyinin Beynəlxalq İnkişafında Əməkdaşlıq Agentliyi) və USAİD (ABŞ Beynəlxalq İnkişaf Agentliyi), «ASAP» (Azərbaycan Kənd Təsərrüfatına dəstək) tərəfindən təşkil olunacaq narçılıq üzrə birgə seminarın açılışında iştirak etmiş, «Az Nar» Qapalı və «Göyçay-Süd» Açıq Səhmdar Cəmiyyətlərində emal prossesi ilə tanış olmuş, həmçinin şəhərin görməli yerlərinə gəzintisi təşkil olunmuşdur. 

Keçidlər