Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Göyçayda “İslam həmrəyliyi» ili mövzusunda yığıncaq keçirilib

17 avqust 2017 | 16:00

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərməsi ilə bağlı imzaladığı sərəncama uyğun olaraq, Göyçay rayon icra hakimiyyətinin təşkilatçılığı və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin regional bölməsi ilə birgə Göyçayda «Müsəlman intibahının bərqərarı-islam həmrəyliyi» layihəsi çərçivəsində  maarifləndirici tədbir keçirilib.
Tədbirdə Göyçay rayon ictimaiyyətinin nümayəndələri, ağsaqqallar, dindarlar, qadınlar və gənclər təşkilatının nümayəndələri, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin bölgə üzrə şöbəsinin əməkdaşları iştrak ediblər.
Yığıncaqda çıxış edən Göyçay Rayon İcra Hakimiyyətinin başçısı cənab Mehdi Səlimzadə bildirib ki, ümummilli lider Heydər Əliyevin uzaqgörənliklə əsasını qoyduğu dini siyasət bu gün möhtərəm prezident İlham Əliyev öz ulu siyasi sələfinin yolunu uğurla davam etdirərək bütün dünyaya bəyan edir: «Azərbaycanda multukulturalizm dövlət siyasətidir və onun alternativi yoxdur». Ölkəmizdə ənənə halını almış tolerant və multikultural mühit bütün dünyada ən müasir və mütərəqqi cəmiyyət modeli kimi qəbul edilir. Məhz bu baxımdan möhtərəm prezidentimiz tərəfindən 2016-cı ili Azərbaycanda «Multukulturalizm ili»,  2017-ci ili “İslam Həmrəyliyi İli” elan olunması həm İslam aləmi daxilində, həm də dünyada müxtəlif sivilizasiyalar arasında həmrəyliyə töhfə vermkdədir.
Respublikamızda olduğu kimi rayonumuzda da multukultural dəyərlər qorunur, milli-mənəvi ənənələrə hörmətlə yanaşılır. Bu mənada bu günki tədbir xüsusi əhəmiyyət kəsb edir.
İcra hakimiyyətinin başçısı həmçinin qeyd etmişdir ki, 05 avqust 2017-ci il tarixdə rayon ictimaiyyətinin, ziyallılarının və dindarlarından ibarət bir qrup nümayəndə heyəti Göyçay rayon icra hakimiyyətinin təşkilatçılığı ilə Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə səfəri təşkil olunub. Səfər çərçivəsində nümayəndə heyəti yeni inşa olunmuş Şuşa məscidində vəhdət namazı qılmışlar. Sonra səfər iştirakçıları Fizuli rayonunun Alıxanlı kəndində erməni faşistləri tərəfindən qətlə yetirilən 2 yaşlı Zəhranın və onun nənəsinin qəbrini ziyarət etmişlər.
Bu gün onu da qeyd etməliyəm rayonumuzda tam əminamanlıqdır, siyasi-ictimai sabitlikdir. Dinimizə, dəyərlərimizə mənəviyyatımıza toxunulacaq ekstrimist meyllər yoxdur. Rayon icra hakimiyyəti dindarlarla qarşılıqlı müntəzəm əlaqədədir, dini icmaların nümayəndələrinin fəallığı yarana biləcək hər hansı bir hala qarşı ciddi mübarizə aparmaq əzmində və imkanındadırlar. Rayon dindarları arasında qarşılıqlı hörmət, xoş münasibət mövcuddur.  
Bunun bariz numunəsi kimi rayon icra hakimiyyətinin başçısı cənab Mehdi Səlimzadə qeyd edib ki, fərəhləndirici haldır ki, bu gün prezident İlham Əliyev cənablarının Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinə ayırdığı maliyyə vəsaiti hesabına Milli-mənəvi dəyərləri təbligi və dini maarifləndirmə mövzusu çərçivəsində hər üç layihənin qalibi Göyçay rayonunun -Yeniarx, Yalman, Çərəcə dini icmalarıdır, həmçinin görülmüş tədbirlər nəticəsində rayonun -Qarayazı, Şəkər, Hacağabəyli - dini icmalarıda  qeydiyyatdan keçmişdir.

Rayon rəhbəri qeyd edib ki, rayonumuzda mövcud olan bu şərait imkan verəcəkdir ki, multukultural dəyərlər və toleranlıq, milli-mənəvi dəyərlərimiz, islami dəyərlərimiz bundan sonra da şərəflə qoruyaq  və inkişaf etdirməklə gələcək nəsllərə ərmağan edək. Eyni zamanda bildirib ki, prezident cənab İlham Əliyevi əmin etmək istəyirik ki, dövlətçiliyimizin daha da möhkəmləndirilməsi yolunda dövlətimizin qarşısında duran və gələcəkdə gözlənilən hər hansı tarixi, siyasi, ictimai tədbirlərində fəal iştirak etməklə Göyçaylılar onların üzərinə düşən vəzifələri layiqincə yerinə yetirəcəklər.
Tədbirdə çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin bölgə şöbəsinin əməkdaşı Əzim Rəfiyev tolerantlıq, multikulturalizm və İslam həmrəyliyinin Azərbaycan modelinin hazırda dünyada nümunə kimi qəbul edilməsindən bəhs edib, bu istiqamətdə həyata keçirilmiş tədbirlər barədə məlumat verib.
Yığıncaqda çıxış edən dini icma rəhbərləri, ağsaqqallar dini dəyərlərin qorunmasında onlara göstərilən diqqət və qayğıya görə ölkə prezidenti İlham Əliyev cənablarına öz minnətdarlıqlarını bildirmiş, Azərbaycanın ərazi bütövlüyünün təmin olunacağına və bu cür görüşlərin digər rayonlarımızda da keçiriləcəyinə əminliklərini ifadə etmişlər.
Sonda Göyçay rayonunun Qarayazı, Şəkər, Hacağabəyli dini icmalarına  qeydiyyatdan keçmə Şəhadətnamələri təqdim edilmişdir. 
 

Keçidlər