Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Rayon icra hakimiyyəti başçısı aparatın 15 avqust 2017-ci il tarixdə müşavirə keçirilmişdir.

15 avqust 2017 | 16:00

15 avqust 2017-ci il tarixdə rayon icra hakimiyyəti başçısının sədrliyi ilə rayonda kənd təsərrüfatı işlərinin gedişi ilə bağlı məsələ müzakirə olunmuşdur.
Müzakirədən əvvəl rayon icra  hakimiyyətinin  başçısı cənab Mehdi  Səlimzadə 23 iyun – Dövlət Qulluqçularının Peşə bayramı münasibətilə Azərbaycan Respublikası Prezidentinin 21 iyun 2017-ci il tarixli 3015 nömrəli sərəncamı ilə Respublikanın bir sıra dövlət qulluqçuları, o cümlədən Göyçay rayon icra hakimiyyəti başçısı aparatının Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin baş məsləhətçisi Mahir Emin oğlu Məlikovun “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunmasını qeyd etmiş və medalı M.Məlikova təqdim etmişdir.
Sonra rayon icra hakimiyyəti başçısı aparatının Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin baş məsləhətçisi M.Məlikov Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevə ona göstərilən yüksək etimada və kiçik əməyinə verilmiş bu yüksək dəyərə görə minnətdarlığını bildirmiş, gələcək fəaliyyətində də ölkə prezidentinin apardığı məqsədyönlü siyasətin həyata keçirilməsində  daim səy və bacarığını əsirgəməyəcəyini qeyd etmişdir.
Müşavirədə qeyd olunan məsələlərlə bağlı tapşırıqlar verilmişdir. Tapşırıqların icrasının vaxtında təmin olunması bir daha müşavirə iştirakçılarının diqqətinə çatdırılmışdır. 

Keçidlər