Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Göyçay məktəbliləri də “Ölkəmizi tanıyaq” devizi ilə keçirilən növbəti maarifləndirici tur-aksiyada iştirak ediblər

17 noyabr 2016 | 16:00

Noyabr ayının 17-də səhər saatlarında Prezident İlham Əliyev cənablarının tapşırığı ilə respublikamızın şəhər və rayonlarının ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdləri üçün “Ölkəmizi tanıyaq” devizi ilə keçirilən növbəti maarifləndirici tur-aksiyaya start verilib. Şagirdlər əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək, xatirəsini ehtiramla anıblar. Yola salma mərasimində rayon ictimaiyyəti nümayəndələri, valideyn və müəllimlər iştirak ediblər. Tədbirdə çıxış edən valideynlər tur-aksiyaların yeniyetmələrin vətənpərvərlik sahəsində tərbiyəsində, onların vətənimizin tarixini, maddi-mədəniyyət abidələrini, sosial-iqtisadi həyatını daha dərindən öyrənmələrində xüsusi əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıblar və tur-aksiyaların təşkilinə görə dövlətimizin başçısı Prezident İlham Əliyev cənablarına öz minnətdarlıqlarını bildiriblər. Göyçay rayonundan 40 nəfərlik məktəbli qrup Quba-Qusar-Xaçmaz marşrutu üzrə yola çıxıblar. Dörd gün davam edəcək tur-aksiyada şagirdləri 4 nəzarətçi müəllim və bir həkim müşayiət edəcək.Məktəblilər musiqi sədaları altında xüsusi avtobusla yola salınıblar.

Keçidlər