Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Akademik Zərifə Əliyeva bütün ömrünü ölkəmizdə oftalmologiya sahəsinin inkişafına həsr edib

22 aprel 2016 | 16:00

Görkəmli oftalmoloq alim, akademik, Əməkdar Elm Xadimi, professor Zərifə xanım Əliyevanın anadan olmasının 93-cü ildönümü münasibətilə YAP Göyçay rayon təşkilatının inzibati binasında yığıncaq keçirilib.
Tədbirdə rayon icra hakimiyyəti başçısının müavini Rəxşəndə Rəcəbova, mərkəzi rayon xəstəxanasının baş həkimi Famil Zeynalov, YAP rayon təşkilatının sədri Sahib Şükürov çıxış edərək akademik Zərifə Əliyevanın həyat və fəaliyyətindən bəhs ediblər. Qeyd olunub ki, görkəmli alim Zərifə Əliyeva bütün ömrünü ölkəmizdə oftalmologiya sahəsinin inkişafına, peşə ilə əlaqədar sonradan əmələ gələn göz xəstəliklərinin müalicəsinə həsr edib. O, Azərbaycan Elmi-Tədqiqat Oftalmologiya İnstitutunda və Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda fəaliyyət göstərərkən müxtəlif istiqamətlərdə elmi araşdırmalar və tədqiqatlar aparıb, cərrahi əməliyyatlar həyata keçirib, gözdə qlaukoma xəstəliyinin diaqnostikası və müalicəsi baxımından bir neçə elmi-metodoloji fikirlər irəli sürüb, göz həkimlərinin təkmilləşdirilməsi üçün pedaqoji fəaliyyət göstərib.
Vurğulanıb ki, Zərifə xanım istedadlı alim və bacarıqlı pedaqoq olmaqla yanaşı, eyni zamanda, qayğıkeş, xeyirxah və işgüzar qadın, gözəl ailə başçısı idi. O, bir Prezidentin həyat yoldaşı, digər Prezidentin isə anası olub. Çıxış edənlər Zərifə xanım Əliyevanın xatirəsinin həmişə ürəklərdə yaşayacağını, ömür yolunun və gördüyü fundamental işlərin heç vaxt unudulmayacağını bildiriblər.
Tədbirdə dahi şəxsiyyət Heydər Əliyevin və onun həyat yoldaşı akademik Zərifə Əliyevanın, Prezident İlham Əliyevin həyat və fəaliyyətindən bəhs edən film nümayiş etdirilib.

Keçidlər