Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-05-74, (+994 020) 274-61-55.

İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslər

               

AZƏRBAYCAN RESPUBLİKASI

GÖYÇAY RAYON İCRA HAKİMİYYƏTİ BAŞÇISININ

S Ə R Ə N C A M I


№ 49                                                                                        02 may 2019-cu il


            Göyçay rayon icra hakimiyyətinin İnzibati xətalar
              haqqında işlərə baxmağa səlahiyyətli olan vəzifəli
        şəxslərin təyin edilməsi barədə

            İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş və baxılması yerli icra hakimiyyəti orqanlarının səlahiyyətlərinə aid edilmiş inzibati xətalar üzrə işlərə baxılmanın təmin edilməsi məqsədilə “İnzibati  xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 23 fevral 2017-ci il tarixli, 1256 nömrəli Fərmanın 1-ci və 5-ci bəndlərini və Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 06 iyun tarixli, 648 saylı Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyəti haqqında Əsasnamə”nin 6.8-ci bəndini rəhbər tutaraq

QƏRARA   ALIRAM :
 
          1. Aşağıda adları qeyd olunan vəzifəli şəxslər Göyçay rayon icra hakimiyyətinin inzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslər kimi təsdiq edilsin.
          İkram Sabir oğlu Vəliyev – rayon icra hakimiyyəti başçısının birinci müavini, Azərbaycan Respubllikası İnzibati Xətalar Məcəlləsinin 454-cü, 455.2-ci, 469.1-ci, 516-cı, 393-cü, 395.1, 395.2-ci, 396-cı, 400-cü, 455.1-ci, və 587-ci maddələri üzrə,
         Zivər Oqtay qızı Zeynalova - rayon icra hakimiyyəti başçısının müavini, ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri,  Azərbaycan Respubllikası İnzibati Xətalar Məcəlləsinin 189.1-ci, 189.3-cü, 189.4-cü, 212.3-cü, 512-ci və 522-ci maddələri üzrə
         2. İnzibati Xətalar haqqında işlərə baxmağa səlahiyyətli olan vəzifəli şəxslərə tapşırılsın ki, inzibati xətalar üzrə işlərə qanunvericiliyin tələblərinə uyğun baxılması təmin edilsin. 

 

Göyçay Rayon İcra Hakimiyyətinin Başçısı:                                                      M.İ.Səlimzadə

 

Azərbaycan Respublikasinin İnzibati Xətalar Məcəlləsi

 http://e-qanun.az/framework/46960

Keçidlər