Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Zərifə xanım Əliyevanın anadan olmasının 99-cu ildönümünə həsr olunmuş elmi-praktiki konfrans keçirilmişdir

27 aprel 2022 | 17:41

Aprelin 27-də Akademik Zərifə xanım Əliyevanın anadan olmasının 99-cu ildönümünə həsr olunmuş elmi-praktiki konfransda rayon icra hakimiyyəti başçısının müavini, idarə, müəssisə, təşkilat rəhbərləri, Yeni Azərbaycan Partiyasının Göyçay rayon təşkilatının fəalları və ictiamiyyət nümayəndələri iştirak edirdilər.

Tədbiri giriş sözü ilə Yeni Azərbaycan Partiyasının Göyçay rayon təşkilatın sədri Sahib Şükürov bildirdi ki,  Zərifə xanım Əliyeva müasir, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, bütün mənalı ömrünü Vətəninin və xalqının tərəqqisinə həsr etmiş dahi şəxsiyyətin - ümummilli lider Heydər Əliyevin vəfalı ömür-gün yoldaşı, sədaqətli dostu və etibarlı silahdaşı olub.

Sonra rayon İcra Hakimiyyəti başçısının müavini - İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Zivər Zeynalova Zərifə xanım Əliyevanın keçdiyi şərəfli həyat yolu barədə geniş məruzə edərək bildirmişdir ki, bu gün biz  Zərifə xanım Əliyevanın gözlərə nur verən işığına toplaşmışıq. Zərifə xanım Əliyeva gözəl ana, vəfalı ömür-gün yoldaşı, intellektual keyfiyyətləri özündə birləşdirən ziyalı, dünya tibb elminə əvəzolunmaz töhfələr vermiş böyük oftalmoloq alim olmaqla yanaşı  Ulu Öndərin ən yaxın silahdaşı, ölkə prezidenti İlham Əliyevi Azərbaycana bəxş edən anadır.  Zərifə xanım Əliyevanın həyatı, elmi və yaradıcılıq fəaliyyəti ilə yaxından tanış olduqca, haqqında xatirələri oxuduqca gözlərimiz önündə onun portreti yaranır.

Daha sonra Rayon Mərkəzi Xəstəxanasının Publik Hüquqi şəxsin oftalmoloq-həkimi Sevinc Abdullayeva, Şəhər 4 nömrəli tam orta məktəbin tarix müəllimi Firəngiz Məmmədyarova, Göyçay Qadın Resurs Mərkəzinin direktoru Vüsalə Məmmədova, Rayon Gənclər Evinin əməkdaşı Məcidli Həmidə çıxışlarında bildirdilər ki, Zərifə xanım Əliyevanın həyat sevgisi ailəsinə, xalqına, ölkəsinə və peşəsinə olan sevgidə təzahür etdiyindən, bəşəri bir dəyər alırdı və onu ilahiləşdirirdi.  Çünki o, tanrının ona bəxş etdiyi ümid payını insanlığa xidmət üçün ayrılmış vaxt kimi dəyərləndirirdi.

Sonda Zərifə xanım Əliyevaya həsr olunmuş  videoçarx nümayiş olunmuşdur.

Keçidlər