Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Zəfər Gününün beşinci ildönümü münasibətilə Göyçayda konsert proqramı təşkil olunub

08 noyabr 2025 | 16:56

Göyçay Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən konsert proqramı Zəfər Gününün beşinci ildönümünə həsr olunub.

Konsert proqramında 44 günlük Vətən müharibəsində qəhrəmanlıq göstərmiş Göyçaylı qazimiz Rüstəm Məmmədovun nikah mərasimi də keçirilib. Nikah Göyçay Rayon Qeydiyyat Şöbəsinin müdiri Könül Məmmədova tərəfindən rəsmiləşdirilib və yeni qurulan ailəyə hədiyyələr təqdim edilib.

Sonra respublikanın tanınmış incəsənət xadimlərinin ifaları, Göyçay Rayon Mədəniyyət Mərkəzinin, Göyçay Gənclər İnkişaf Mərkəzinin tərəfindən hazırlanan rəqslər və kompozisiyalar tamaşaçılar tərəfindən böyük coşqu və alqışlarla qarşılanıb.

Konsertdə Azərbaycan Respublikasının xalq artisti Faiq Ağayev, Avroviziya Mahnı Müsabiqəsinin qalibi Nigar Camal, gənc xanəndələr Cahangir Əliyev, Gülnar Zeynalova iştirak ediblər.

Konsert möhtəşəm atəşfəşanlıqla yekunlaşıb.

Keçidlər