Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

“Yerin təki haqqında qanunvericiliyin tələbləri və onlara əməl olunması” mövzusunda maarifləndirici görüş keçirilmişdir

22 avqust 2024 | 11:19

Azərbaycan Respublikası Prezidentinin 16 mart 2020-ci il tarixli, 1941 nömrəli Sərəncamı ilə təsdiq olunmuş “Yerin təkinin geoloji öyrənilməsinə və mineral xammal bazasından səmərəli istifadəyə dair 2020-2024-cü illər üçün Dövlət Proqramı”na əsasən Yerin təki istifadəçiləri ilə yerin təki haqqında qanunvericiliyin tələbləri və onlara əməl olunması sahəsində maarifləndirmə və təbliğat işi aparılmasının icrasının təmin edilməsi məqsədilə Göyçay Rayon İcra Hakimiyyətinin inzibati binasında maarifləndirici görüş keçirilib.

Görüşdə Göyçay Rayon İcra Hakimiyyəti başçısı Aparatının əməkdaşları, sahibkarlıq subyektləri və digər aidiyyəti qurumların nümayəndələri iştirak etmişlər.

Sahibkarlar ilə keçirilən görüş zamanı mineral xammal bazasının qorunması, təbii sərvətlərdən səmərəli istifadə edilməsi, xammal tələbatının ödənilməsi, təhlükəsizliyin və şəffaflığın təmin edilməsi, ətraf mühitin, təbii landşaftın mühafizəsi  və görülən işlərin səmərəliliyinin artırılması üçün  qanunvericiliyin tələblərinə, norma və standartlara əməl olunmasının vacibliyi bir daha diqqətə çatdırıldı.

Sonda iştirakçıların sualları cavablandırılmışdır.

Keçidlər