Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Yeni Azərbaycan Partiyasının Göyçay rayon təşkilatının yaranmasının 30 illiyi ilə əlaqədar təbdir keçirildi

03 mart 2023 | 16:54

03 mart 2023-cü il tarixdə Yeni Azərbaycan Partiyasının Göyçay rayon təşkilatının yaranmasının 30 illiyi ilə əlaqədar partiyanın yerli qərargahında tədbir keçirildi. Tədbirdə Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev, Milli Məclisin deputatı Sabir Hacıyev, Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının üzvü Nazim İsmayılov və partiya üzvləri iştirak edib.

Tədbir iştirakçıları ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, abidə önünə gül dəstəsi düzərək ulu öndərin əziz xatirəsinə ehtiramlarını bildiriblər.

Azərbaycan Respublikasının dövlət himninin səslənməsi ilə başlanan tədbirdə ulu öndər Heydər Əliyevin və torpaqlarımızın bütövlüyü uğrunda qəhrəmancasına şəhid olan vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan və geniş məruzə ilə çıxış edən Yeni Azərbaycan Partiyasının rayon təşkilatının sədri Sahib Şükürov bu əlamətdar gün münasibətilə iştirakçıları təbrik edərək bildirdi ki, Yeni Azərbaycan Partiyası aparıcı siyasi qüvvə kimi fəaliyyət göstərdiyi 30 ildə bütün qüvvə və bacarığını xalqa xidmətə yönəldərək, bir-birindən əhəmiyyətli uğurlara imza atmışdır. S.Şükürov Yeni Azərbaycan Partiyasının Göyçay rayon təşkilatı respublikada öncüllərdən olaraq 1993-cü ilin 6 mart tarixində öz təsis konfransını rayon mədəniyyət evində keçirildiyini qeyd edərək ilk ildə rayon təşkilatında 540 nəfər partiya üzvü olduğunu bildirdi.

Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev çıxış edərək Yeni Azərbaycan Partiyası Göyçay rayon təşkilatının 30 illiyini əlamətdar bir ildə “Heydər Əliyev ili”ndə qeyd edilməsi partiya üzvləri və fəalları üçün ikiqat sevinc, fərəh hissinə səbəb olduğunu vurğuladı. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Yeni Azərbaycan Partiyasının yaranmasının 30 illiyinə həsr olunmuş təbdirdə partiyanın keçdiyi tarixi yola nəzər salaraq qeyd etdiyi fikri tədbir iştirakçılarına xatırlatdı: “30 ildə böyük inkişaf yolu keçən Yeni Azərbaycan Partiyasının yaranması tarixi zərurət, o dövrdə cərəyan edən hadisələrin yükünü və mövcud olan ictimai-siyasi şəraitin məntiqi nəticəsi idi. Məhz Heydər Əliyevin cəsarəti, zəkası, təcrübəsi, xalqın ona olan inamı və əlbətdə Yeni Azərbaycan Partiyası üzvlərinin fəaliyyəti, ictimai fəalların fəaliyyəti bizə imkan verdi ki, bu çətin vəziyyətdən şərəflə çıxaq”.

Sonra çıxış edən Yeni Azərbaycan Partiyası Göyçay rayon təşkilatının ilk sədri, partiyanın Veteranlar Şurasının üzvü Nazim İsmayılov partiyanın təsis edilməsi prosesindən danışdı.

 Milli Məclisin deputatı Sabir Hacıyev çıxış edərək ötən 30 ildə həm partiyanın, həm də ölkəmizin həyatında mühüm hadisələrlə zəngin olduğunu qeyd etdi. Milli Məclisin deputatı Məzahir Əfəndiyevin partiya üzvlərinə ünvanladığı təbrik məktubu S.Şükürov tərəfindən oxunaraq tədbir iştirakçılarına çatdırıldı.

Partiya fəallarından Tural Əhmədov, Firəngiz Məmmədyarova və Ramiz Məmmədov Ulu Öndərin layiqli davamçısı, Prezident, partiyamızın sədri İlham Əliyevin ölkəyə rəhbərliyi dövründə görülən möhtəşəm işlərdə Yeni Azərbaycan Partiyasının misilsiz xidmətləri olduğunu vurğuladılar.

Sonda Yeni Azərbaycan Partiyası Göyçay rayon təşkilatının bir qrup fəal üzvünə fəxri fərman, partiya sıralarına yeni daxil olanlara isə üzvlük vəsiqələri təqdim edildi.

Keçidlər