Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Yeni Azərbaycan Partiyası Göyçay rayon təşkilatının yaradılmasının 32-ci ildönümü ilə əlaqədar tədbir keçirilib

06 mart 2025 | 10:41

05 mart 2025-ci il tarixdə Yeni Azərbaycan Partiyası Göyçay rayon təşkilatının yaradılmasının 32-ci ildönümü ilə əlaqədar tədbir keçirilib.

Tədbirdə Göyçay rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev, YAP Göyçay rayon təşkilatının sədri Sahib Şükürov, partiya veteranları və ərazi partiya təşkilatlarının sədrləri iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.

YAP Göyçay rayon təşkilatının inzibati binasında davam edən tədbirdə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Azərbaycanın Dövlət Himni səsləndirilib.

Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev çıxış edərək qeyd edib ki, bu il Yeni Azərbaycan Partiyasının banisi, müstəqil Azərbaycan dövlətinin qurucusu, Ümummilli lider Heydər Əliyevin müəllifi olduğu konstitusiyamızın qəbul edilməsindən 30 il və prezident, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Vətən  müharibəsində qazanılmış tarixi qələbədən 5 il keçir. Hər iki tarixin əhəmiyyətini nəzərə alaraq ölkə prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə 2025-ci il ölkədə “Konstitusiya və Suverenlik İli” elan edilib. Azərbaycan Konstitusiyasının başlıca mahiyyətini təşkil edən  humanizm və insanpərvərlik prinsiplərini Yeni Azərbaycan Partiyasının bütün üzvləri daima dövlətin ali məqsədi və ölkəmizin demokratiya ideallarına sadiqlik göstəricisi kimi dəyərləndirirlər. 

YAP Göyçay rayon təşkilatının sədri Sahib Şükürov, partiya veteranı Eldəniz Məmmədov, ərazi partiya təşkilatının sədrləri Aynur Mahmudova, Səbinə Qurbanova, Rəşad Kərimov, gənc partiya fəalı Gözəl Abdullayeva çıxış edərək Yeni Azərbaycan Partiyasının Azərbaycan tarixinin son dərəcə ağır və keşməkeşli günlərində, ölkənin ciddi sınaqlara məruz qaldığı bir dövrdə Azərbaycan ziyalılarının təşəbbüsü və fəal iştirakı ilə yarandığını bildiriblər.

Sonda rayonun ictimai-siyasi həyatında fərqlənən bir qrup partiya fəalına fəxri fərman və hədiyyələr təqdim edilib.

Keçidlər