Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Yeni Azərbaycan Partiyası Göyçay rayon təşkilatının təsis edilməsinin 31-ci ildönümü münasibətilə “Zəfərə gedən şərəfli yol” adlı tədbir keçirilib

06 mart 2024 | 17:07

Martın 6-da Yeni Azərbaycan Partiyası Göyçay rayon  təşkilatının təsis edilməsinin 31-ci ildönümü münasibətilə “Zəfərə gedən şərəfli yol” adlı tədbir keçirilib.

Tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin büstü önünə gül-çiçək dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər.

Ümummmilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanan tədbirdə YAP Göyçay rayon təşkilatının sədri Sahib Şükürov çıxış edərək iştirakçıları bu əlamətdar gün münasibətilə təbrik edib.

S.Şükürov bildirib ki, müstəqil Azərbaycan dövləti ilə eyni zamanda təşəkkül tapan Yeni Azərbaycan Partiyası aparıcı siyasi qüvvə kimi fəaliyyət göstərdiyi 32-ildə bütün qüvvə və bacarığını xalqa xidmətə yönəldərək, bir birindən əhəmiyyətli uğurlara imza atmışdır. Ötən ay ölkəmizdə keçirilən növbədənkənar prezident seçkilərindən bəhs edərək,  7 fevral növbədənkənar prezident seçkilərinin Azərbaycan tarixinə Zəfər seçkisi kimi daxil olduğunu vurğulayan S.Sükürov xalqımız 44 günlük Vətən müharibəsində və bir günlük lokal xarakterli antiterror tədbirlərində qazandığı tarixi Zəfərdə böyük birlik  nümayiş etdirdiyi kimi, 7 fevral prezident seçkilərində də bu birliyi nümayiş etdirdi və Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevin növbəti 7 il müddətinə prezident seçildiyini qeyd edib.

S.Şükürov Azərbaycanın son illərdə əldə etdiyi böyük nailiyyətlərin, tarixi Zəfərlərin  Ulu Öndərin yaratdığı və bu gün Prezident İlham Əliyevin Sədri olduğu Yeni Azərbaycan Partiyasının fəaliyyəti ilə bilavasitə bağlı olduğunu vurğulayıb.

Çıxış edən Şəhid atası Akif Kərimov, Rayon Ağsaqqallar Şurasının sədri Xəlil Orucov, Partiya veteranları, Zenfira Əliyeva, Eldəniz Məmmədov, Şərafəddin Quliyev və başqaları Yeni Azərbaycan Partyasının keçdiyi çox ağır, çətin eyni zamanda şərəfli inkişaf yolundan geniş bəhs ediblər. Bildiriblər ki, bu gün Ulu Öndərin layiqli davamçısı Prezident, Yeni Azərbaycan Partiyasının sədri cənab  İlham Əliyevin rəhbərliyi ilə Azərbaycana ən yüksək zirvələri fəth etdir, xalqımız tarixi Zəfərlər əldə edir.

Sonda rayonun ictimai-siyasi həyatında fəal iştirak edən bir qrup partiya üzvünə fəxri fərmanlar təqdim olunub.

Keçidlər