“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib
20 noyabr 2024 | 12:13
“Yaşıl Dünya Naminə Həmrəylik İli” çərçivəsində Rayon İcra Hakimiyyətinin və Göyçay rayon Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə növbəti ağacəkmə aksiyası keçirilib.
Göyçay rayon Heydər Əliyev Mərkəzinin və rayonunda fəaliyyət göstərən mədəniyyət müəssisələrinin əməkdaşlarının iştirakı ilə keçirilən aksiyada rayonun yerli iqliminə uyğun olaraq 700-ə qədər müxtəlif növ ağac tingi əkilib.
Azərbaycanın Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı - COP29-a ev sahibliyi etdiyi dövrdə həyata keçirilən aksiyanın məqsədi ekoloji davamlılıq, yaşıllıq zonalarının genişləndirilməsi, ətraf mühitin mühafizəsi və iqlim dəyişikliyi ilə mübarizəyə töhfə verməkdir.