Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Yardım aksiyasına Göyçay rayon İcra Hakimiyyəti də qoşuldu

09 fevral 2023 | 18:09

06 fevral 2023-cü il tarixdə qardaş Türkiyə Respublikasında baş vermiş güclü zəlzələ geniş dağıntılara və insan itkisinə səbəb olmuşdur.

Ölkə Başçısı Cənab İlham Əliyevin tapşırığı ilə dərhal qardaş Türkiyə Respublikasına xilasedicilər, müxtəlif əşyalar və ləvazimatlar yardım üçün göndərilmişdir.

Bu məqsədlə Göyçay Rayon İcra Hakimiyyəti də türkiyəli soydaşlarımız üçün edilən yardım kampaniyasına qoşulmuş, 250 ədəd yataq dəsti, 100 ədəd qızdırıcı avandanlıq və 20 ədəd generator Türkiyə Respublikasına göndərilməsi üçün Göyçay rayonundan Bakı şəhərinə yola salınmışdır.

Türkiyədə baş verən təbii fəlakət - böyük dağıntılara və çoxsaylı insan tələfatına səbəb olan zəlzələ xəbəri Azərbaycan xalqını, eləcə də bütün türk dünyasını sarsıtdı. Biz azərbaycanlıların qəlbindəki Türkiyə sevgisi isə daha dərin və daha möhtəşəmdir. Biz Türkiyə ilə sadəcə dost deyilik, qardaşıq.

XX əsrin sonlarında Ümummilli Lider Heydər Əliyev Azərbaycan Türkiyə münasibətlərini, bağlılığını daha dəqiq və dahiyanə şəkildə belə ifadə etmişdi: “Biz bir millət, iki dövlətik”.

Böyük zəfərlə başa çatan 44 günlük Vətən müharibəsində də Türkiyə bizə mənəvi arxa olub. Təsadüfi deyildir ki, cəbhə bölgəsindəki ən xırda uğurumuzu Türkiyə böyük çoşqu ilə qeyd edirdi. 2020-ci ilin dekabrın 10-da Azadlıq meydanında təşkil olunan Qələbə paradında Türkiyə dövlət rəsmiləri ən yüksək səviyyədə təmsil olunurdular. Türkiyədə baş verən bu faciədə qardaş xalqın yanında olmağa tələsən, ona ilk yardım göstərən dövlət də Azərbaycan oldu.

Xatırladaq ki, fevralın 6-da Türkiyədə dəhşətli zəlzələ olub. Zəlzələdən 10 vilayət zərər çəkib, minlərlə sakin həlak olub və xəsarət alıb. Qardaş ölkədə baş vermiş təbii fəlakətlə bağlı Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan həlak olanların xatirəsini anmaq üçün Türkiyədə bir həftə matəm elan edib.

Keçidlər