Xocalı faciəsinin 31-ci ildönümü ilə əlaqədar silsilə təbdirlər keçirilir
Xocalı faciəsinin 31-ci ildönümü ilə əlaqədar rayon Gənclər Evində keçirilən təbirdə Göyçay Rayon İcra hakimiyyəti başçısının müavini Zivər Zeynalova, rayonda müvəqqəti məskunlaşmış Xocalıdan olan şəhid ailələrinin üzvlərindən Məsumə Hümbətova, Rizvan Hümbətov, Dövlət İdarələri Həmkarlar İttifaqı Göyçay rayon komitəsinin sədri Rəşad Məmmədov, rayon Gənclər və İdman İdarəsinin rəisi Elşən Şirinov, Uşaq Gənclər İnkişaf Mərkəzinin direktoru Zahidə Mirzəyeva və rayon Gənclər Evinin direktoru Fərid Əkbərov iştirak ediblər.
Göyçay Rayon İcra hakimiyyəti başçısının müavini Zivər Zeynalova çıxış edərək qeyd etdi ki, Xocalı şəhidlərinin xatirəsini əbədiləşdirmək üçün dövlətimiz tərəfindən mühüm tədbirlər həyata keçirilir. Bakıda, Respublikamızın bir sıra bölgələrində, həmçinin xaricdəki diasporlarımızın bilavasitə dəstəyi ilə dünyanın əksər ölkələrinin paytaxtlarında Xocalı şəhidlərinin xatirəsinə abidələr ucaldılıb.
Xocalı qurbanlarının ailə üzvlərindən Məsumə Hümbətova və Rizvan Hümbətov onlara göstərilən dövlət qayğısına görə ölkə Prezidenti və rayon rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
Tədbir rayon gənclərinin və məktəblilərin ifasında maraqlı ədəbi-bədii kompozisiya ilə davam edib.
Sonda Xocalı faciəsinə həsr edilmiş videoçarx nümayiş edilib.