Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Xocalı faciəsinin 31-ci ildönümü ilə əlaqədar "O gün gələcək…" adlı tədbir keçirilib

25 fevral 2023 | 11:27

Göyçay rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərəkəzi kitabxanasında Xocalı faciəsinin 31-ci ildönümü ilə əlaqədar "O gün gələcək…" adlı tədbir keçirilib.

Tədbirdə Göyçay Rayon İcra hakimiyyəti başçısının müavini Zivər Zeynalova, Göyçay rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin əməkdaşları, 17 saylı Şuşa məktəbinin müəllim və şagird kollektivi, rayonda müvəqqəti məskunlaşmış Xocalı sakinləri, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Tədbirdə Xocalı sakinləri o müdhiş gecənin dəhşətlərindən danışıb, acı xatirələrini bölüşüblər. Qeyd ediblər ki, erməni qəsbkarlarının xalqımıza qarşı etdiyi bu soyqırım bəşər tarixində görünməmiş vəhşilikdir.

Rayon İcra Hakimiyyəti başçısının müavini Z.Zeynalova çıxış edərək bilidirib ki, Ulu Öndər Heydər Əliyev hakimiyyətə qayıdandan sonra faciəyə siyasi-hüquqi qiymət verilməsi, Xocalı həqiqətlərinin dünyaya tanıdılması, Ermənistanın həyata keçirdiyi insanlıq əleyhinə cinayətin beynəlxalq miqyasda ifşası istiqamətində görülən tədbirlər faciənin bəşər tarixinin ən qanlı olaylardan olduğunu əks etdirirdi. Məhz onun təşəbbüsü ilə Milli Məclis 1994-cü il fevralın 24-də “Xocalı soyqırımı günü” haqqında qərar qəbul etdi, sənəddə hadisənin başvermə səbəbləri, günahkarlar təfsilatı ilə açıqlandı. Ümummilli liderimizin “Xocalı soyqırımının xatirəsinə sükut dəqiqəsi elan edilməsi haqqında” 1997-ci il 25 fevral tarixli Sərəncamı ilə hər il fevralın 26-sı saat 17:00-da Azərbaycan Respublikasının bütün ərazisində Xocalı soyqırımı qurbanlarının xatirəsi ehtiramla yad edilir.

Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Nərmin Xəlilova bildirdi ki, 44 gün ərzində Ali Baş Komandanın rəhbərliyi ilə Xocalı faciəsi qurbanlarının da qisasını aldı, şəhidlərimizin qanı yerdə qalmadı.

Keçidlər