Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Xalq şairi Rəsul Rzanın anadan olmasının 113 illiyi ilə əlaqdar “Çinar ömürlü şair” adlı tədbir keçirilib

20 may 2023 | 14:00

19 may 2023-cü il tarixində xalq şairi Rəsul Rzanın anadan olmasının 113  illiyi ilə əlaqədar ev muzeyində “Çinar ömürlü şair” adlı tədbir keçirilib.

Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutunun baş direktoru, akademik Muxtar İmanov, Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutunun elmi katibi, filologiya üzrə fəlsəfə doktoru, dosent Elçin Abbasov, Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Atəş Əhmədli, Göyçay rayon İcra Hakimiyyəti başçısının müavini Zivər Zeynalova, Yeni Azərbaycan Partiyası Göyçay rayon təşkilatının sədri Sahib Şükürov, Ağdaş Regional Mədəniyyət İdarəsinin rəisi vəzifəsini icra edən Rafiq İsgəndərov və rayon ziyalıları tədbirdə iştirak ediblər.

Tədbiri  giriş  sözü  ilə  açan muzeyin direktoru Solmaz  Həsənova  xalq şairi Rəsul Rzanın Azərbaycan ədəbiyyatının inkişafında böyük xidmətləri olduğunu  vurğulayıb. Milli söz sənətimizə yeni forma və ruh gətirmiş novator şairi olduğunu  qeyd  edib. Uzun illər çox dəyərli ədəbi nümunələr yaratmaqla yanaşı, respublikanın elmi-mədəni həyatında da yaxından iştirak etdiyini diqqətə çatdırıb.

“Göyçay” qəzetinin redaktoru, Azərbaycan Yazıçılar Birliyinin üzvü, respublikanın Əməkdar müəllimi Adil  Məmmədov, Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutunun baş direktoru, akademik Muxtar İmanov, Ağdaş Regional Mədəniyyət İdarəsinin rəisi vəzifəsini icra edən Rafiq İsgəndərov çıxış edərək şairin həyat  və yaradıcılıq yoluna nəzər salıblar, onun Azərbaycan dilinin poetik potensialının yeni-yeni imkanlarını  üzə  çıxardığını  vurğulayıblar. Rəsul Rzanın yüksək dəyərli bədii nümunələr  yaratmaqla  yanaşı, respublikamızın elmi-mədəni həyatında  dolğun və səmərəli ictimai fəaliyyəti ilə tanındığını bildiriblər.

Göyçay Mədəniyyət Mərkəzinin və məktəblilərin ifasında R.Rzanın şerləri və sözlərinə yazılan mahnılar səsləndirilib, muzeyə baxış keçirilib

Keçidlər