Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Vətən müharibəsində şəhidlik zirvəsinə yüksələn Rüstəm Məmmədovun üçüncü ildönümü məzarı önündə qeyd olundu

22 noyabr 2023 | 18:12

Noyabrın 22-də Göyçay rayonunun Yeniarx kəndindən olan 44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə yüksələn Məmmədov Rüstəm İbrahim oğlunun üçüncü ildönümü Mingəçevir şəhər Şəhidlər Xiyabanında qeyd olundu.

Mərasimdə rayon İcra Hakimiyyəti başçısı aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin əməkdaşları, Göyçay RİH yanında İctimai Şuranın üzvləri, rayon Statistika İdarəsinin müdiri, Göyçay RİH başçısının Yeniarx kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyin üzvləri, KİV nümayəndələri və şəhidin yaxınları iştirak ediblər.

Mərasim iştirakçıları Mingəçevir şəhər Şəhidlər Xiyabanında şəhidin əziz xatirəsini ehtiramla yad edərək məzarı üzərinə gül dəstələri düzüblər.

Şəhidin ildönümü mərasimində Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı Zəfər Qələbəsindən və şəhid Rüstəm Məmmədovun keçdiyi döyüş yolundan, qəhrəmanlığından bəhs edilib.

Mərasim zamanı məktəblilər vətənpərvərlik mövzusunda şeirlər səsləndiriblər.

Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və rayon rəhbərliyinə öz minnətdarlıqlarını bildiriblər.

Xatırladaq ki, şəhid Məmmədov Rüstəm İbrahim oğlu 10.08.1998-ci il tarixdə Göyçay rayonunun Yeniarx kəndində anadan olmuşdur. Həqiqi hərbi xidmətini bitirdikdən sonra 08.09.2020-ci il tarixdə N saylı hərbi hissədə MAHHXHQ vəzifəsində xidmətə başlamışdır. 44 günlük Vətən müharibəsində Suqovuşan istiqamətində gedən döyüşlərdə qəhramancasına şəhid olmuşdur. 22 noyabr 2020-ci il tarixdə Mingəçevir şəhər Şəhidlər Xiyabanında dəfn olunmuşdur.

Ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni və “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilmişdir.

#AzerbaijanRemembers

Keçidlər