Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Vətən müharibəsində şəhid olanların dördüncü ildönümü qeyd edilib

02 oktyabr 2024 | 16:34

02 oktyabr 2024-cü il tarixdə Göyçay rayonunun İkinci Ərəbcəbirli kəndində Vətən müharibəsində şəhidlik zirvəsinə yüksələn Məmmədov Xəyal Arif oğlunun və Yeniarx kəndində Məmmədov Pərvin Rza oğlunun dördüncü ildönümləri məzarları önündə qeyd edilib.

Mərasimdə iştirak edən rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev, YAP Göyçay rayon təşkilatının sədri, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, ictimaiyyət nümayəndələri, şəhidin ailə üzvləri və kənd sakinləri şəhidlərin əziz xatirəsini ehtiramla yad edərək məzarları üzərinə gül dəstələri düzüblər.

Şəhidlərin ildönümü mərasimində Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı Zəfər Qələbəsindən və şəhidlərin keçdiyi döyüş yolundan, qəhrəmanlığından bəhs edilib.

Mərasimdə məktəblilər vətənpərvərlik mövzusunda şeirlər səsləndiriblər.

Şəhidlərin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və rayon rəhbərliyinə öz minnətdarlıqlarını bildiriblər.

Xatırladaq ki, şəhid Məmmədov Xəyal Arif oğlu 13.02.1989-cu il tarixdə İsmayıllı rayonunun Qubaxəlli kəndində anadan olmuşdur. Həqiqi hərbi xidmətini bitirdikdən sonra 17.06.2011-ci il tarixdə N saylı hərbi hissədə kiçik çavuş vəzifəsində xidmətə başlamışdır.

02 oktyabr 2020-ci il tarixdə Suqovuşan istiqamətində gedən döyüşlərdə qəhramancasına şəhid olmuşdur. Ölümündən sonra Azərbaycan Respublikası Prezdentinin sərəncamı ilə “Vətən uğrunda”, “İgidliyə görə” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilmişdir.

 

Şəhid Məmmədov Pərvin Rza oğlu 30.03.1994-cü il tarixdə Göyçay rayonunun Yeniarx kəndində anadan olmuşdur. Həqiqi hərbi xidmətini bitirdikdən sonra 13.05.2017-ci il tarixdə N saylı hərbi hissədə Gizir vəzifəsində xidmətə başlamışdır. 02 oktyabr 2020-ci il tarixdə Talış-Suqovuşan istiqamətində gedən döyüşlərdə qəhramancasına şəhid olmuşdur.

Ölümündən sonra Azərbaycan Respublikası Prezdentinin sərəncamı ilə “Vətən uğrunda”, “İgidliyə görə” və “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edilmişdir.

Keçidlər