Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Vətən müharibəsi şəhidlərinin beşinci ildönümü məzarları önündə qeyd olunub

30 oktyabr 2025 | 17:25

Oktyabrın 30-da Vətən müharibəsində şəhidlik zirvəsinə ucalmış Əliyev Azər Elnur oğlunun məzarı Kürdşaban kənd qəbiristanlığında və Mövsümov Fərid Zakir oğlunun məzarı isə Göyçay şəhər Şəhidlər Xiyabanında ziyarət olunub, onların vətənə olan sədaqəti, qəhrəmanlıqları hörmət və ehtiramla yad edilib.

Mərasimdə iştirak edən rayon İcra Hakimiyyətinin başçısı aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin və rayon Polis Şöbəsinin əməkdaşları, RİHB-nın şəhər və kənd inzibati ərazi dairələri üzrə nümayəndələri, Göyçay rayon Statistika İdarəsinin müdiri, bələdiyyə sədrləri, rayon Ağsaqqallar Şurasının sədri şəhidlərin əziz xatirəsini ehtiramla yad edərək məzarları üzərinə gül dəstələri düzüblər.

Şəhidlərin ildönümü mərasimində Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı Zəfər Qələbəsindən və şəhidlərin keçdiyi döyüş yolundan, qəhrəmanlığından bəhs edilib.

Şəhidlərin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və rayon rəhbərliyinə öz minnətdarlıqlarını bildiriblər.

Xatırladaq ki, şəhid Əliyev Azər Elnur oğlu 21.03.2002-ci il tarixdə Göyçay rayonunun Kürdşaban kəndində anadan olmuşdur. 05.05.2020-ci il tarixdə həqiqi hərbi xidmətə çağrılmışdır. 30 oktyabr 2020-ci il tarixdə Füzuli istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur.

Ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə  “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilmişdir.

Şəhid Mövsümov Fərid Zakir oğlu 19.09.1987-ci il tarixdə Göyçay şəhərində anadan olmuşdur. 05 oktyabr 2020-ci il tarixdə qismən səfərbərlik üzrə hərbi  xidmətə cəlb edilmiş, 30 oktyabr 2020-ci il tarixdə Füzuli istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur.

Ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilmişdir.

 

 

Keçidlər