Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Vətən müharibəsi şəhidlərinin beşinci ildönümü məzarları önündə qeyd olundu

02 oktyabr 2025 | 19:05

Oktyabrın 2-də Vətən müharibəsində şəhid olan İkinci Ərəbcəbirli kənd sakini Məmmədov Xəyal Arif oğlunun, Yeniarx kənd sakini Məmmədov Pərvin Rza oğlunun və Qaraxıdır kənd sakini Abdullayev Səməd Sədiyar oğlunun beşinci ildönümü qeyd edilib.

Mərasimdə iştirak edən rayon İcra Hakimiyyətinin başçısı aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin əməkdaşları, RİHB-nın kənd inzibati ərazi dairələri üzrə nümayəndələri, YAP rayon təşkilatının sədri, Göyçay rayon Statistika İdarəsinin müdiri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Göyçay rayon şöbəsinin əməkdaşı və bələdiyyə sədri şəhidlərin əziz xatirəsini ehtiramla yad edərək məzarları üzərinə gül dəstələri düzüblər.

Şəhidlərin ildönümü mərasimində Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı Zəfər Qələbəsindən və şəhidlərin keçdiyi döyüş yolundan, qəhrəmanlığından bəhs edilib.

Mərasimdə məktəblilər vətənpərvərlik mövzusunda şeirlər səsləndiriblər.

Şəhidlərin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və rayon rəhbərliyinə öz minnətdarlıqlarını bildiriblər.

 

Şəhid Məmmədov Xəyal Arif oğlu 13.02.1989-cu il tarixdə İsmayıllı rayonunun Qubaxəlli kəndində anadan olmuşdur. Həqiqi hərbi xidmətini bitirdikdən sonra 17.06.2011-ci il tarixdə N saylı hərbi hissədə kiçik çavuş vəzifəsində xidmətə başlamışdır. 02 oktyabr 2020-ci il tarixdə Suqovuşan istiqamətində gedən döyüşlərdə qəhramancasına şəhid olmuşdur. Ölümündən sonra Azərbaycan Respublikası Prezdentinin sərəncamı ilə “Vətən uğrunda”, “İgidliyə görə” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilmişdir.

Şəhid Məmmədov Pərvin Rza oğlu 30.03.1994-cü il tarixdə Göyçay rayonunun Yeniarx kəndində anadan olmuşdur. Həqiqi hərbi xidmətini bitirdikdən sonra  13.05.2017-ci il tarixdə N saylı hərbi hissədə Gizir vəzifəsində xidmətə başlamışdır. 02 oktyabr 2020-ci il tarixdə Talış-Suqovuşan istiqamətində gedən döyüşlərdə qəhramancasına şəhid olmuşdur. Ölümündən sonra Azərbaycan Respublikası Prezdentinin sərəncamı ilə  “Vətən uğrunda”, “İgidliyə görə” və “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edilmişdir.

Şəhid Abdullayev Səməd Sədiyar oğlu 17.06.2002-ci il tarixdə Göyçay rayonunun Qaraxıdır kəndində anadan olmuşdur. 07.07.2020-ci il tarixdə həqiqi hərbi xidmətə cağrılmışdır. 02 oktyabr 2020-ci il tarixdə Füzuli istiqamətində gedən döyüşlərdə qəhramancasına şəhid olmuşdur. Ölümündən sonra Azərbaycan Respublikası Prezdentinin  sərəncamı ilə  “Vətən uğrunda”, “İgidliyə görə”, “Cəbrayılın azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilmişdir.

Keçidlər