Vətən müharibəsi şəhidlərinin ailə üzvlərinə orden və medallar təqdim olundu
Yanvarın 7-də rayon İcra Hakimiyyətində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamına əsasən torpaqlarımızın işğaldan azad olunması uğrunda aparılan hərbi əməliyyatlarda iştirak edərək şəhidlik zirvəsinə yüksəlmiş igidlərin ailələrinə orden və medalların təqdimetmə mərasimi keçirilib.
Tədbirdə rayon icra hakimiyyətinin başçısı Natiq Ağayev, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Göyçay rayon şöbəsinin rəisi Pərviz Feyzullayev, RİH başçısı aparatının əməkdaşları və şəhid ailələri iştirak edib.
Əvvəlcə Azərbaycan Respublikasının müstəqilliyi və ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olmuş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev çıxış edərək Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazanılan Qələbədən danışmış, 44 günlük savaşda qazandığımız tarixi nailiyyətlərə görə Ali Baş Komandana, onun rəhbərliyi altında bizlərə Qələbə sevinci yaşadan Azərbaycan Ordusunun əsgər və zabitlərinə, hərbçilərimizə, Vətən uğrunda sağlamlığını itirən qazilərimizə, canından keçən şəhidlərimizə bir ömür boyu borclu olduğumuzu qeyd etmiş, şəhidlərə Allahdan rəhmət, onların valideyinlərinə səbr, qazilərə can sağlığı arzulamışdır.
Sonra Vətən müharibəsi zamanı hərbi əməliyyatlarda iştirak edərək igidlik və şücaət göstərmiş, vəzifə borcunu, döyüş tapşırıqlarını uğurla yerinə yetirmiş rayonumuzdan olan şəhidlərin ailə üzvlərinə orden və medallar təqdim olunmuşdur.
Şəhid Ömərli Kənan Elxan oğlu- 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni,
Şəhid Məmmədov Rüstəm İbrahim oğlu- 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni,
Şəhid Xudiyev Mütalib Ələsgər oğlu- 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni,
Şəhid Məmmədov Vasif Əlibala oğlu- 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni,
Nadirov Fərid İlyas oğlu- 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni,
Şəhid Məhərrəmov Elnur Nərbala oğlu - 3-cü dərəcəli “Rəşadət” ordeni və “Vətən uğrunda” medalı.
Tədbirdə iştirak edən şəhidlərin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirmişlər.