Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Vətən müharibəsi şəhidi Xəyal Həsənovun beşinci ildönümü qeyd edilib

12 oktyabr 2025 | 15:36
44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə yüksələn Həsənov Xəyal Zeynəddin oğlunun beşinci ildönümü rayonun Qaraman kəndində şəhidin məzarı önündə qeyd edilib.
Mərasimdə iştirak edən rayon İcra Hakimiyyətinin başçısı aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin əməkdaşları, RİHB-nın Qaraman kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi, rayon Ağsaqqallar Şurasının sədri, Göyçay rayon Statistika İdarəsinin müdiri və bələdiyyə sədri şəhidin əziz xatirəsini ehtiramla yad edərək məzarı üzərinə gül dəstələri düzüblər.
Şəhidin ildönümü mərasimində çıxış edənlər Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı Zəfər Qələbəsindən və şəhid Orxan Kərimlinin keçdiyi döyüş yolundan, qəhrəmanlığından bəhs ediblər.
Şəhidin ailə üzvləri tədbir iştirakçılarına öz minətdarlığını bildirərək onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və rayon rəhbərliyinə öz təşəkkürünü çatdırıb.
Xatırladaq ki, şəhid Həsənov Xəyal Zeynəddin oğlu 16.04.2002-ci il tarixdə Göyçay rayonunun Qaraman kəndində anadan olmuşdur. 26.05.2020-ci il tarixdə həqiqi hərbi xidmətə çağrılmışdır. 14 oktyabr 2020-ci il tarixdə Suqovuşan istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur.
Ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə” və “Laçının azad olunmasına görə” medalları ilə təltif edilmişdir.
Keçidlər