Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Vətən müharibəsi şəhidi Vasif Məmmədovun dördüncü ildönümü qeyd edilib

04 noyabr 2024 | 17:54

04 noyabr 2024-cü il tarixdə Göyçay şəhər Şəhidlər Xiyabanında Vətən müharibəsində şəhidlik zirvəsinə yüksələn Məmmədov Vasif Əlibala oğlunun dördüncü ildönümü məzarı önündə qeyd edilib.

Mərasimdə iştirak edən rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev, hüquq-mühafizə orqanlarının, idarə və təşkilatların rəhbərləri, şəhid ailələri, rayon ictimaiyyətinin üzvləri şəhidin əziz xatirəsini ehtiramla yad edərək məzarı üzərinə gül dəstələri düzüblər.

Şəhidin ildönümü mərasimində çıxış edənlər Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı Zəfər Qələbəsindən və şəhid Vasif Məmmədovun keçdiyi döyüş yolundan, qəhrəmanlığından bəhs ediblər.

Şəhidin ailə üzvləri tədbir iştirakçılarına öz minətdarlığını bildirərək onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və rayon rəhbərliyinə öz təşəkkürünü çatdırıb.

Anım tədbirinin sonunda orta məktəbin şagirdləri ədəbi-bədii kompozisiya ilə çıxış ediblər.

 

Xatırladaq ki, şəhid Məmmədov Vasif Əlibala oğlu 12.10.1994-cü il tarixdə Göyçay şəhərində anadan olmuşdur. 29 sentyabr 2020-ci il tarixdə qismən səfərbərlik üzrə hərbi  xidmətə cəlb edilmiş,  04 noyabr 2020-ci il tarixdə Füzuli-Xocavənd istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur.

Ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni və “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” medalları ilə təltif edilmişdir.

 

Keçidlər