Vətən müharibəsi şəhidi Vasif Məmmədovun beşinci ildönümü qeyd edilib
44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə yüksələn Məmmədov Vasif Əlibala oğlunun beşinci ildönümü Göyçay şəhər Şəhidlər Xiyabanında şəhidin məzarı önündə qeyd edilib.
04 noyabr 2025-ci il tarixdə keçirilən şəhidin anım mərasimdə rayon İcra Hakimiyyətinin başçısı aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin əməkdaşları, rayon Statistika İdarəsinin müdiri, İstilik Sistemləri İstismar Sahəsinin rəisi, Ağsaqqallar Şuasının sədri və ictimaiyyət nümayəndələri, şəhidin əziz xatirəsini ehtiramla yad edərək məzarı üzərinə gül dəstələri düzüblər.
Şəhidin ildönümü mərasimində çıxış edənlər Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı Zəfər Qələbəsindən və şəhid Vasif Məmmədovun keçdiyi döyüş yolundan, qəhrəmanlığından bəhs ediblər.
Şəhidin ailə üzvləri tədbir iştirakçılarına öz minətdarlığını bildirərək onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və rayon rəhbərliyinə öz təşəkkürünü çatdırıb.
Xatırladaq ki, şəhid Məmmədov Vasif Əlibala oğlu 12.10.1994-cü il tarixdə Göyçay şəhərində anadan olmuşdur. 29 sentyabr 2020-ci il tarixdə qismən səfərbərlik üzrə hərbi xidmətə cəlb edilmiş, 04 noyabr 2020-ci il tarixdə Füzuli-Xocavənd istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur.
Ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni və “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” medalları ilə təltif edilmişdir.






