Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Vətən müharibəsi şəhidi Ülvi Ağayevin beşinci ildönümü qeyd edilib

20 oktyabr 2025 | 16:14

44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə yüksələn Ağayev Ülvi Valeh oğlunun beşinci ildönümü rayonun Şahsoltanlı kəndində şəhidin məzarı önündə qeyd edilib.

Mərasimdə iştirak edən rayon İcra Hakimiyyətinin başçısı aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin əməkdaşları, RİHB-nın Qaraməryəm kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi, bələdiyyə sədri şəhidin əziz xatirəsini ehtiramla yad edərək məzarı üzərinə gül dəstələri düzüblər.

Şəhidin ildönümü mərasimində çıxış edənlər Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı Zəfər Qələbəsindən və şəhid Ülvi Ağayevin keçdiyi döyüş yolundan, qəhrəmanlığından bəhs ediblər.

Şəhidin ailə üzvləri tədbir iştirakçılarına öz minətdarlığını bildirərək onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və rayon rəhbərliyinə öz təşəkkürünü çatdırıb.

Xatırladaq ki, şəhid Ağayev Ülvi Valeh oğlu 09.03.1993-cü il tarixdə Göyçay rayonunun Şahsoltanlı kəndində anadan olmuşdur. 29 sentyabr 2020-ci il tarixdə qismən səfərbərlik üzrə hərbi xidmətə cəlb edilmiş, 21 oktyabr 2020-ci il tarixdə Suqovuşan istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. Ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin Sərəncamları ilə “Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Suqovuşanın azad olunmasına görə” və medalları ilə təltif edilmişdir.

Keçidlər