Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Vətən müharibəsi şəhidi Şirəliyev İntiqam Bəxtiyar oğlunun dördüncü ildönümü qeyd edilib

29 sentyabr 2024 | 10:35

29 sentyabr 2024-cü il tarixdə Potu kəndində Vətən müharibəsində şəhidlik zirvəsinə yüksələn Şirəliyev İntiqam Bəxtiyar oğlunun dördüncü ildönümü qeyd edilib.

Mərasimdə iştirak edən rayon İcra Hakimiyyətinin başçısı, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələrinin üzvləri, həmçinin rayon ictimiaiyyətinin nümayəndələri şəhidin əziz xatirəsini ehtiramla yad edərək məzarı üzərinə gül dəstələri düzüblər.

Şəhidin ildönümü mərasimində çıxış edənlər Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı Zəfər Qələbəsindən və şəhid İntiqam Şirəliyevin keçdiyi döyüş yolundan, qəhrəmanlığından bəhs ediblər.

Şəhidin ailə üzvləri tədbir iştirakçılarına öz minətdarlığını bildirərək onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və rayon rəhbərliyinə öz təşəkkürünü çatdırıb.

Anım tədbirinin sonunda kənd tam orta məktəbin şagirdləri ədəbi-bədii kompozisiya ilə çıxış ediblər.

 

Xatırladaq ki, şəhid İntiqam Şirəliyev 08.10.1997-ci il tarixdə Göyçay rayonunun Potu kəndində anadan olmuşdur. Həqiqi hərbi xidmətini bitirdikdən sonra  07.12.2019-ci il tarixdə N saylı hərbi hissədə MAHHXHQ vəzifəsində xidmətə başlamışdır.

29 sentyabr 2020-ci il tarixdə Kəlbəcər istiqamətində gedən döyüşlərdə qəhramancasına şəhid olmuşdur. Ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Vətən uğrunda”, “İgidliyə görə” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif edilmişdir.

Keçidlər