Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Vətən müharibəsi şəhidi Şəmistan Əzizovun beşinci ildönümü qeyd edilib

15 oktyabr 2025 | 14:25

44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə yüksələn Əzizov Şəmistan İlyas oğlunun beşinci ildönümü rayonun Qaraxıdır kəndində şəhidin məzarı önündə qeyd edilib.

Mərasimdə iştirak edən rayon İcra Hakimiyyətinin başçısı aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin əməkdaşları, RİHB-nın Şəkər kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi, YAP rayon təşkilatının və Ağsaqqallar Şurasının sədri, Göyçay rayon Statistika İdarəsinin müdiri, bələdiyyə sədri şəhidin əziz xatirəsini ehtiramla yad edərək məzarı üzərinə gül dəstələri düzüblər.

Şəhidin ildönümü mərasimində çıxış edənlər Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı Zəfər Qələbəsindən və şəhid Şəmistan Əzizovun keçdiyi döyüş yolundan, qəhrəmanlığından bəhs ediblər.

Şəhidin ailə üzvləri tədbir iştirakçılarına öz minətdarlığını bildirərək onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və rayon rəhbərliyinə öz təşəkkürünü çatdırıb.

Xatırladaq ki, şəhid Əzizov Şəmistan İlyas oğlu 06.12.1993-cü il tarixdə Göyçay rayonunun Qaraxıdır kəndində anadan olmuşdur. 29.09.2020-ci il tarixdə qismən səfərbərlik üzrə hərbi xidmətə cəlb edilmişdir. 15 oktyabr 2020-ci il tarixdə Suqovuşan istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur.

Ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə” və “İgidliyə görə” medalları ilə təltif edilmişdir.

Keçidlər