Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Vətən müharibəsi şəhidi Rüfət Mayılovun beşinci ildönümü qeyd edilib

30 sentyabr 2025 | 18:04

30 sentyabr 2025-ci il tarixdə Kürdəmiş kəndində Vətən müharibəsində şəhidlik zirvəsinə yüksələn Mayılov Rüfət Bəhram oğlunun beşinci ildönümü qeyd edilib.

Mərasimdə iştirak edən rayon İcra Hakimiyyətinin başçısı aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin, RİHB-nın Cəyirli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin əməkdaşları, YAP rayon təşkilatının, Rayon Ağsaqqallar şurasının sədrləri, Göyçay rayon Statistika İdarəsinin, Gənclər Evinin müdirləri və bələdiyyə sədri şəhidin əziz xatirəsini ehtiramla yad edərək məzarı üzərinə gül dəstələri düzüblər.

Şəhidin ildönümü mərasimində çıxış edənlər Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı Zəfər Qələbəsindən və şəhid Rüfət Mayılovun keçdiyi döyüş yolundan, qəhrəmanlığından bəhs ediblər.

Şəhidin ailə üzvləri tədbir iştirakçılarına öz minətdarlığını bildirərək onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və rayon rəhbərliyinə öz təşəkkürünü çatdırıb.

Anım tədbirinin sonunda kənd tam orta məktəbin şagirdləri ədəbi-bədii kompozisiya ilə çıxış ediblər.

Xatırladaq ki, şəhid Mayılov Rüfət Bəhram oğlu 31.01.2001-ci il tarixdə Göyçay rayonunun Kürdəmiş kəndində anadan olmuşdur. 03.04.2019-cu il tarixdə həqiqi hərbi xidmətə cağrılmışdır.

30 sentyabr 2020-ci il tarixdə Füzuli istiqamətində gedən döyüşlərdə qəhramancasına şəhid olmuşdur. Ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilmişdir.

Keçidlər