Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Vətən müharibəsi şəhidi Məmmədov Sənan Tehran oğlunun dördüncü ildönümü qeyd edilib

21 oktyabr 2024 | 15:28

21 oktyabr 2024-cü il tarixdə Göyçay rayonun Çaxırlı kəndində Vətən müharibəsində şəhidlik zirvəsinə yüksələn Məmmədov Sənan Tehran oğlunun dördüncü ildönümü məzarı önündə qeyd edilib.

Mərasimdə iştirak edən rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev, aparatın məsul əməkdaşları, YAP Göyçay rayon təşkilatının sədri, hüquq-mühafizə orqanlarının, idarə və təşkilatların rəhbərləri, şəhid ailələri, ictimaiyyət nümayəndələri şəhidin əziz xatirəsini ehtiramla yad edərək məzarı üzərinə gül dəstələri düzüblər.

Şəhidin ildönümü mərasimində çıxış edənlər Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı Zəfər Qələbəsindən və şəhid Sənan Məmmədovun keçdiyi döyüş yolundan, qəhrəmanlığından bəhs ediblər.

Şəhidin ailə üzvləri tədbir iştirakçılarına öz minətdarlığını bildirərək onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və rayon rəhbərliyinə öz təşəkkürünü çatdırıb.

Anım tədbirinin sonunda orta məktəbin şagirdləri ədəbi-bədii kompozisiya ilə çıxış ediblər.

Xatırladaq ki, şəhid Məmmədov Sənan Tehran oğlu 27.07.2000-ci il tarixdə Bakı şəhəri Sabunçu rayonunda anadan olmuşdur. 14.01.2020-ci il tarixdə həqiqi hərbi xidmətə çağrılmışdır. 21 oktyabr 2020-ci il tarixdə Xocavənd istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur.

Ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Vətən uğrunda” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilmişdir.

Keçidlər