Vətən müharibəsi şəhidi Mayılov Rüfət Bəhram oğlunun dördüncü ildönümü qeyd edilib
30 sentyabr 2024-cü il tarixdə Kürdəmiş kəndində Vətən müharibəsində şəhidlik zirvəsinə yüksələn Mayılov Rüfət Bəhram oğlunun dördüncü ildönümü qeyd edilib.
Mərasimdə iştirak edən rayon İcra Hakimiyyətinin başçısı, hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP rayon təşkilatının sədri, şəhid ailələrinin üzvləri, həmçinin rayon ictimiaiyyətinin nümayəndələri şəhidin əziz xatirəsini ehtiramla yad edərək məzarı üzərinə gül dəstələri düzüblər.
Şəhidin ildönümü mərasimində çıxış edənlər Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı Zəfər Qələbəsindən və şəhid Rüfət Mayılovun keçdiyi döyüş yolundan, qəhrəmanlığından bəhs ediblər.
Şəhidin ailə üzvləri tədbir iştirakçılarına öz minətdarlığını bildirərək onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və rayon rəhbərliyinə öz təşəkkürünü çatdırıb.
Anım tədbirinin sonunda rayon Mədəniyyət Mərkəzinin əməkdaşı Əli Səfalı və kənd tam orta məktəbin şagirdləri ədəbi-bədii kompozisiya ilə çıxış ediblər
Xatırladaq ki, şəhid Mayılov Rüfət Bəhram oğlu 31.01.2001-ci il tarixdə Göyçay rayonunun Kürdəmiş kəndində anadan olmuşdur. 03.04.2019-cu il tarixdə həqiqi hərbi xidmətə cağrılmışdır.
30 sentyabr 2020-ci il tarixdə Füzuli istiqamətində gedən döyüşlərdə qəhramancasına şəhid olmuşdur. Ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilmişdir.