Vətən müharibəsi şəhidi Kənan Qafarovun üçüncü ildönümü məzarı önündə qeyd olundu
08 oktyabr 2023-cü il tarixdə rayonun Yalman kəndində 44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə yüksələn Qafarov Kənan Siyaqif oğlunun üçüncü ildönümü məzarı önündə qeyd olundu.
Mərasimdə iştirak edən rayon İcra Hakimiyyəti başçısı Natiq Ağayev, YAP Göyçay rayon təşkilatının sədri, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, ictimaiyyət nümayəndələri, şəhidin ailə üzvləri və kənd sakinləri şəhidin əziz xatirəsini ehtiramla yad edərək məzarı üzərinə gül dəstələri düzüblər.
Şəhidin ildönümü mərasimində Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı Zəfər Qələbəsindən və şəhid Kənan Qafarovun keçdiyi döyüş yolundan, qəhrəmanlığından bəhs edilib.
Sonda məktəblilər vətənpərvərlik mövzusunda şeirlər səsləndiriblər.
Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və rayon rəhbərliyinə öz minnətdarlıqlarını bildiriblər.
Xatırladaq ki, şəhid Qafarov Kənan Siyaqif oğlu 06.08.1996-cı il tarixdə Göyçay rayonunun Yalman kəndində anadan olmuşdur. Həqiqi hərbi xidmətini bitirdikdən sonra 24.02.2017-ci il tarixdə N saylı hərbi hissədə Gizir vəzifəsində xidmətə başlamışdır. 08 oktyabr 2020-ci il tarixdə Füzuli istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. Ölümündən sonra Azərbaycan Respublikası Prezdentinin sərəncamı ilə “Azərbaycan Bayrağı” ordeni, “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilmişdir.