Vətən müharibəsi şəhidi İntiqam Şirəliyevin beşinci ildönümü qeyd edilib
29 sentyabr 2024-cü il tarixdə Potu kəndində Vətən müharibəsində şəhidlik zirvəsinə yüksələn Şirəliyev İntiqam Bəxtiyar oğlunun beşinci ildönümü qeyd edilib.
Mərasimdə iştirak edən rayon İcra Hakimiyyətinin başçısı aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin, RİHB-nın Potu kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin əməkdaşları, Göyçay rayon Statistika İdarəsinin, Gənclər və İdman sektorun, Gənclər Evinin müdirləri, bələdiyyə sədri şəhidin əziz xatirəsini ehtiramla yad edərək məzarı üzərinə gül dəstələri düzüblər.
Şəhidin ildönümü mərasimində çıxış edənlər Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı Zəfər Qələbəsindən və şəhid İntiqam Şirəliyevin keçdiyi döyüş yolundan, qəhrəmanlığından bəhs ediblər.
Şəhidin ailə üzvləri tədbir iştirakçılarına öz minətdarlığını bildirərək onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və rayon rəhbərliyinə öz təşəkkürünü çatdırıb.
Anım tədbirinin sonunda rayon Mədəniyyət Mərkəzinin əməkdaşı Əli Səfalı və kənd tam orta məktəbin şagirdləri ədəbi-bədii kompozisiya ilə çıxış ediblər.
Xatırladaq ki, şəhid İntiqam Şirəliyev 08.10.1997-ci il tarixdə Göyçay rayonunun Potu kəndində anadan olmuşdur. Həqiqi hərbi xidmətini bitirdikdən sonra 07.12.2019-ci il tarixdə N saylı hərbi hissədə MAHHXHQ vəzifəsində xidmətə başlamışdır.
29 sentyabr 2020-ci il tarixdə Kəlbəcər istiqamətində gedən döyüşlərdə qəhramancasına şəhid olmuşdur. Ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Vətən uğrunda”, “İgidliyə görə” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif edilmişdir.






