Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Vətən müharibəsi şəhidi Hüseynov Xəyyam Hüseyn oğlunun dördüncü ildönümü qeyd edilib

28 sentyabr 2024 | 13:05

28 sentyabr 2024-cü il tarixdə Məlikkənd kəndində Vətən müharibəsində şəhidlik zirvəsinə yüksələn Hüseynov Xəyyam Hüseyn oğlunun dördüncü ildönümü qeyd edilib.

Mərasimdə iştirak edən rayon İcra Hakimiyyətinin başçısının müavinləri və məsul şəxsləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP rayon təşkilatının sədri, şəhid ailələrinin üzvləri, həmçinin rayon ictimiaiyyətinin nümayəndələri şəhidin əziz xatirəsini ehtiramla yad edərək məzarı üzərinə gül dəstələri düzüblər.

Şəhidin ildönümü mərasimində çıxış edən YAP rayon təşkilatının sədri Sahib Şükürov, Məlikkənd kənd tam orta məktəbinin müəllimi Raya Qasımova, şəhid ataları Nizami Mikayılov və Tehran Məmmədov Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı Zəfər Qələbəsindən və şəhid Xəyyam Hüseynovun keçdiyi döyüş yolundan, qəhrəmanlığından bəhs ediblər.

Şəhid Xəyyam Hüseynovun atası Hüseyn Hüseynov tədbir iştirakçılarına öz minətdarlığını bildirib və onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və rayon rəhbərliyinə öz təşəkkürünü çatdırıb.

Anım tədbirinin sonunda rayon Mədəniyyət Mərkəzinin əməkdaşı Əli Səfalı və Məlikkənd kənd tam orta məktəbinin şagirdləri ədəbi-bədii kompozisiya ilə çıxış ediblər.

 

Xatırladaq ki, şəhid Hüseynov Xəyyam Hüseyn oğlu 11.07.1996-cı il tarixdə Göyçay rayonunun Məlikkənd kəndində anadan olmuşdur. 21 sentyabr 2020-ci il tarixdə hərbi təlimlərə cəlb edilmiş, 28 sentyabr 2020-ci il tarixdə Talış-Suqovuşan istiqamətində gedən döyüşlərdə qəhramancasına şəhid olmuşdur.

Ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin  sərəncamı ilə “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə”  və “Laçının azad olunmasına görə” medalları ilə təltif edilmişdir.

 

Keçidlər