Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Vətən müharibəsi şəhidi Bayram Orucovun beşinci ildönümü qeyd edilib

24 oktyabr 2025 | 20:18

44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə yüksələn Orucov Bayram Çərkəz oğlunun beşinci ildönümü rayonun Alpout kəndində şəhidin məzarı önündə qeyd edilib.

24 oktyabr 2025-ci il tarixdə keçirilən şəhidin anım mərasimdə rayon İcra Hakimiyyətinin başçısı aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin əməkdaşları, RİHB-nın Alpout kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi, rayon Ağsaqqallar Şurasının sədri, Göyçay rayon Statistika İdarəsinin müdiri, bələdiyyə sədri şəhidin əziz xatirəsini ehtiramla yad edərək məzarı üzərinə gül dəstələri düzüblər.

Şəhidin ildönümü mərasimində çıxış edənlər Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı Zəfər Qələbəsindən və şəhid Bayram Orucovun keçdiyi döyüş yolundan, qəhrəmanlığından bəhs ediblər.

Şəhidin ailə üzvləri tədbir iştirakçılarına öz minətdarlığını bildirərək onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və rayon rəhbərliyinə öz təşəkkürünü çatdırıb.

Xatırladaq ki, şəhid Orucov Bayram Çərkəz oğlu 17.02.2001-ci il tarixdə Göyçay rayonunun Alpout kəndində anadan olmuşdur. 05.04.2019-cu il tarixdə həqiqi hərbi xidmətə çağrılmışdır. 24 oktyabr 2020-ci il tarixdə Cəbrayıl istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur.

Ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Cəbrayılın azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif edilmişdir.

 

Keçidlər