Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Vətən müharibəsi şəhidi Ayaz Əhmədovun beşinci ildönümü qeyd edilib

08 oktyabr 2025 | 09:32

07 oktyabr 2025-ci il tarixdə Göyçay rayon İkinci Ərəbcəbirli kəndində Vətən müharibəsində şəhidlik zirvəsinə yüksələn Əhmədov Ayaz Elson oğlunun beşinci ildönümü qeyd edilib.

Mərasimdə iştirak edən rayon İcra Hakimiyyətinin başçısı aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin əməkdaşları, RİHB-nın İkinci Ərəbcəbirli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi, rayon Ağsaqqallar Şurasının sədri, Göyçay rayon Statistika İdarəsinin müdiri və bələdiyyə sədri şəhidin əziz xatirəsini ehtiramla yad edərək məzarı üzərinə gül dəstələri düzüblər.

Şəhidin ildönümü mərasimində çıxış edənlər Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı Zəfər Qələbəsindən və şəhid Ayaz Əhmədovun keçdiyi döyüş yolundan, qəhrəmanlığından bəhs ediblər.

Şəhidin ailə üzvləri tədbir iştirakçılarına öz minətdarlığını bildirərək onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və rayon rəhbərliyinə öz təşəkkürünü çatdırıb.

Anım tədbirinin sonunda məktəb şagirdləri ədəbi-bədii kompozisiya ilə çıxış ediblər.

Xatırladaq ki, şəhid Əhmədov Ayaz Elson oğlu 04.03.2000-ci il tarixdə Göyçay rayonunun İkinci Ərəbcəbirli kəndində anadan olmuşdur. 21 sentyabr 2020-ci il tarixdə hərbi  təlimlərə cəlb edilmiş, 07 oktyabr 2020-ci il tarixdə Suqovuşan istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur.

Ölümündən sonra Azərbaycan Respublikası Prezdentinin sərəncamı ilə “Vətən uğrunda”, “İgidliyə görə” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilmişdir.

 

 

Keçidlər