Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Uşaq Səfirlər Məclisinin Göyçay rayon nümayəndələri rayonun fəal şagirdləri ilə görüş keçirib

04 mart 2024 | 15:10

Göyçay Rayon İcra Hakimiyyəti, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin yanında fəaliyyət göstərən Uşaq Səfirlər Məclisinin rayon nümayəndələrinin iştirakı ilə şəhər 6 nömrəli tam orta məktəbdə rayonun fəal şagirdləri ilə görüş keçirilib.

Tədbirdə Uşaq Səfirlər Məclisinin rayon nümayəndələri, şəhər 9 nömrəli tam orta məktəbin 9-cu sinif şagirdi Səbinə Quliyeva öz təqdimatlarında məclisin işinin mahiyyətindən və rayonumuzu təmsil etdikləri tədbirlərdə əldə etdikləri bilik və bacarıqlardan danışıblar.

İnteraktiv formatda keçirilən görüşdə Uşaq Səfirlər Məclisinin rayon nümayəndələri və məclisin regional tədbirlər planının müvafiq bəndinin icrası ilə bağlı seçilmiş 20 məktəbli arasında tanışlıq və fikir mübadiləsi aparılıb, müxtəlif bacarıqları nümayiş olunub.

Keçidlər