Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Ümumdünya quraqlıq və səhralaşma ilə mübarizə günü ilə bağlı iclas keçirildi

16 iyun 2022 | 17:45

17 iyun – Ümumdünya quraqlıq və səhralaşma ilə mübarizə günü ilə bağlı Rayon İcra Hakimiyyətində iclas keçirildi.

İclasda Rayon İcra Hakimiyyəti başçısının müavini, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndələri, şəhər və kənd bələdiyyə sədrləri iştirak edirdilər.

Rayon İcra Hakimiyyəti başçısının müavini Ədalət Dövlətov çıxış edərək bildirdi ki, 17 iyunda qeyd olunan “Ümumdünya quraqlıq və səhralaşma ilə mübarizə günü” 1994-cü ildə BMT-nin Baş Assambleyası tərəfindən elan olunmuşdur. Elə həmin il Birləşmiş Millətlər Təşkilatı tərəfindən səhralaşma ilə mübarizə haqqında Konvensiya qəbul edilmişdir. Səhralaşma quraq, yarımquraq və nisbətən rütubətli ərazilərdə torpağın deqradasiyaya uğraması nəticəsində yaranan qlobal ekoloji və sosial-iqtisadi problemdir.

İclasda iştirak edən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndələri quraqlıq və səhralaşma vəziyyəti, onun törətdiyi fəsadlar və qarşısının alınması istiqamətində görülən işlər barədə iştirakçıları məlumatlandırdı.

Keçidlər