Ukrayna səfiri və Fəxri Konsulu Göyçaya səfər edib
Ukrayna-Azərbaycan regionlararası əməkdaşlığın dərinləşdirilməsi məqsədilə Ukraynanın Azərbaycandakı Fəxri Konsulu Mehrəli Qasımov və Ukrayna Səfiri Vladislav Kanevski noyabrın 22-də Göyçayda rəsmi regional səfərdə oldu.
Son dərəcə səmimi və mehriban şəraitdə Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev ilə səmərəli danışıqlar aparılmışdır.
Ukrayna və Azərbaycan şəhərləri arasında qardaşlaşma əlaqələrinin qurulması, iqtisadi əməkdaşlığın dərinləşdirilməsi, eləcə də təhsil sahəsində humanitar layihələr diqqət mərkəzində olan məsələlər sırasında idi.
Qeyd olundu ki, Göyçay sürətlə inkişaf edir və cəlbedici investisiya potensialına malikdir ki, bu da, şübhəsiz ki, Ukrayna-Azərbaycan regionlararası əməkdaşlığının dərinləşməsinə öz töhfəsini verəcək. Göyçay rayonu dadlı meyvələri: nar və xurma ilə tanınır, bu meyvələr xaricə, o cümlədən Ukraynaya ixrac olunur.