Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Torpaqlardan istifadənin mövcud vəziyyəti və qanunvericiliyin tələbləri

01 dekabr 2022 | 20:56

Göyçay rayon sakinlərinin xüsusən də vətən müharibəsi iştirakçılarının, müharibə əlillərinin və şəhid ailələrinin problemləri daim diqqət mərkəzində saxlanılır, onları narahat edən məsələlərin həlli üçün tədbirlər görülür.

Qeyd olunan şəxslərin torpaq sahəsi ilə təmin edilmələri barədə həm rayon icra hakimiyyətinə, həm də bələdiyyələrə yazılı və şifahi qaydada müraciətlər edilir. Lakin bələdiyyələrin mülkiyyətində olan həyətyanı və kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin bəzi vətəndaşlar tərəfindən özbaşına tutulması, zəbt olunması sakinlərin torpaq sahəsi ilə təmin olunmasında çətinliklər yaradır.

Bu səbəbdən rayonda fəaliyyət göstərən yerli özünüidarəetmə orqanlarına vətəndaşlar tərəfindən zəbt olunmuş torpaq sahələrinin bələdiyyə mülkiyyətinə qaytarılması üçün qanuni tədbirlərin görülməsi hərrac və müsabiqə yolu ilə vətəndaşların mülkiyyətinə, icarəsinə və ya istifadəsinə verilməsi zəruridir.

Bu cür tədbirlərin həyata keçirilməsi həm ehtiyacı olan şəxslərin torpaq sahəsi ilə təmin edilməsinə, həm də bələdiyyə torpaqlarının idarə edilməsində şəfafflığın yaranmasına şərait yarada, torpaq sahələrinin ayrılması zamanı maraqlı şəxslərin hərracda bərabər hüquqlu şəkildə iştirak etməsi təmin edər.

Bununla bağlı torpaqları qanunsuz istifadə edən vətəndaşlardan torpaq sahələrinin bələdiyyənin sərəncamına verilməsi, mövcud ərazilərdən səmərəli və qanuni əsaslarla istifadə olunmasına zəmin yaradılması xahiş olunur. Əks təqdirdə mövcud qanunvericiliyin tələblərinə uyğun tədbirlər görüləcəyi nəzərdə tutulur.

Keçidlər