Səyyar qəbul zamanı vətəndaşlar tərəfindən qaldırılmış problem həll olunur
06 iyun 2022 | 17:24
19 may 2022-ci il tarixdə rayonun Ulaşılı Şıxlı kəndində keçirilən səyyar qəbul zamanı bir qrup kənd sakini Yuxarı Şirvan Kanalının kəndin ərazisindən keçən hissəsindən su sızması ilə bağlı narahatçılıqlarını bildirmişlər.
Rayon İcra Hakimiyyəti vətəndaşların müraciətini nəzərə alaraq sızmanın qarşısının alınması ilə bağlı tədbirlər görülməsi üçün Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə və Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə etdiyi müraciətə əsasən Yuxarı Şirvan Kanalı İstismar İdarəsi tərəfindən əraziyə texnika cəlb edilmiş və sızmanın qarşısının alınması işlərinə başlanılmışdır.