Şəkili kəndində növbəti səyyar qəbul keçirildi
22 aprel 2022-ci il tarixdə tərtib olunmuş qrafikə uyğun olaraq rayonun Şəkili kəndində səyyar qəbul keçirildi.
Qəbulda rayon İcra Hakimiyyətinin başçısı səlahiyyətlərini müvəqqəti icra edən İkram Vəliyev, RİH başçısı aparatının məsul şəxsləri, idarə, müəssisə, təşkilat rəhbərləri və kənd sakinləri iştirak edirdilər.
Rayon İcra Hakimiyyətinin başçısı səlahiyyətlərini müvəqqəti icra edən İkram Vəliyev çıxış edərək bildirdi ki, Prezident cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq vətəndaşlarla yerlərdə keçirilən belə görüşlərin əsas məqsədi sakinlərin müraciətlərini dinləmək və problemlərin qısa zamanda həllinə nail olmaqdır.
Sonra vətəndaşıların təklif, müraciət və şikayətləri dinlənildi. Vətəndaşların müraciətlərində qaldırılan məsələlərin bir qisminin həllinə yerindəcə köməklik göstərildi, araşdırılmasına ehtiyac olan bir sıra məsələlərin isə qanunvericiliyə uyğun, operativ həlli üçün təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verildi.
Qəbul zamanı vətəndaşlar onların müraciətlərinə xüsusi diqqət göstərildiyinə görə ölkə başçısına və rayon rəhbərliyinə öz minnətdarlıqlarını bildirdilər.