Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Şəhidlərin ildönümü qeyd olundu

19 oktyabr 2022 | 16:48

19 oktyabr 2020-ci il tarixdə 44 günlük Vətən müharibəsində qəhrəmancasına şəhid olmuş Potu kənd sakini Əliyev Elnur Ərəstun oğlu və Qarayazı kənd sakini Hüseynov İlham Umud oğlunun ildönümü məzarı önündə qeyd edildi və ailələri ziyarət olundu.

Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev, İcra hakimiyyəti başçısı aparatının nümayəndələri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, Yeni Azərbaycan Partiyası rayon təşkilatının sədri, Şəhid Ailələrinə “Qayğı” Cəmiyyətinin Göyçay rayonu şöbəsinin üzvləri, dindarlar, ağsaqqallar və şəhidlərin ailə üzvləri iştirak edirdilər.

Əvvəlcə şəhidlərin əziz xatirəsi ehtiramla yad olunub, məzarları üzərinə gül dəstələri düzülüb.

Tədbirdə çıxış edənlər bildirdilər ki, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusu 44 günlük Vətən  müharibəsində 30 ilə yaxın həsrət qaldığımız torpaqlarımızı işğaldan azad etdi.

Hər bir Azərbaycan vətəndaşı Cənab Prezident İlham Əliyevin Qarabağ Azərbaycandır! ifadəsi altında səfərbər olmağı bacardı və 30 ilə yaxın bir müddətdə işğal altında olan torpaqlarımızı azad etməklə yurd, Vətən sevgisinin hər şeydən üstün olduğunu bir daha sübut etdi.

Həmçinin tədbirdə şəhidlərimizin keçdiyi döyüş yolundan, qəhrəmanlığından danışıldı. Şəhidlərin ailə üzvləri göstərilən diqqət və qayğıya görə ölkə başçısına minnətdarlığını bildirib.

Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa versin.

Keçidlər