Şəhid Xəyal Məmmədov və Maarif Həsənov adına olan küçələrə yeni asfalt örtüyü çəkilib
Göyçay rayonunda aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri çərçivəsində yolların və səkilərin əsaslı təmiri, asfaltlanması və yaşıllıqların salınması istiqamətində işlər uğurla davam etdirilir.
Noyabr ayının 23-də şəhərin Xəyal Məmmədov və Maarif Həsənov adına olan küçələrində yolun yararsız hissələrinə abadlıq işlərini həyata keçirən podratçı təşkilat “ATF” MMC tərəfindən yeni asfalt örtüyü vurulub.
Hazırda şəhərin Rauf İsayev və Əli Kərim küçəsinin dalanlarına yeni asfalt örtüyünün vurulması üçün yol yatağının qaydaya salınması, həmçinin şəhərin Rəsul Rza küçəsində isə vətəndaşların rahat gediş-gəlişinin təmin olunması məqsədilə piyada səkisinin yenidən qurulması işləri görülür.
Aparılan abadlıq işləri çərçivəsində noyabr ayı ərzində şəhərin Heydər Əliyev prospektindəki dalanlara, Vaqif, S.Vurğun, Şirvani, Z.Tağıyev, Z.Nəcəfov küçələrinə və 52-ci məhəlləyə yeni asfalt örtüyünün vurulması, eləcə də Nizami küçəsində piyada səkisinin yenidən qurulması işləri yekunlaşmışdır.