Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Şəhid Toğrul Hacıyevin ad günü qeyd olundu

04 fevral 2023 | 21:14

Torpaqlarımızın bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olan Toğrul Siyavşah oğlu Hacıyevin ad günü Çayarxı kəndində şəhidin məzarı önündə qeyd olundu.

Mərasimdə rayon İcra Hakimiyyətinin başçısı aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Hikmət Süleymanov, rayon İcra Hakimiyyətin başçısının Qarabaqqal kənd inzibati dairəsi üzrə nümayəndəsi Kamil Qasımov, kənd bələdiyyəsinin sədri və şəhidin ailə üzvləri iştirak ediblər.

Şəhidin əziz xatirəsi ehtiramla yad olunub, məzarı üzərinə gül dəstələri düzülüb.

Qeyd edək ki, şəhid Toğrul Hacıyev 4 fevral 1991-ci ildə Göyçay rayonunun Çayarxı kəndində anadan olub, oktyabrın 25-i Xocavənd uğrunda gedən döyüşlərdə qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə ucalıb.

 

Keçidlər