Şəhid Rüfət Mayılovun ildönümü qeyd olundu
44 günlük Vətən Müharibəsindəki qələbəmizdə şanlı tarix yazan, torpaqlarımızın bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olan Mayılov Rüfət Bəhram oğlunun ikinci ildönümü ilə əlaqədar Göyçayın Kürdəmiş kənd qəbiristanlığında məzarı ziyarət olunub.
Şəhadətinin ikinci ildönümü keçirilən mərasimdə rayon icra hakimiyyətinin başçısı səlahiyyətlərini müvəqqəti icra edən İkram Vəliyev, idarə, müəssisə və təşkilat rəhbərləri, şəhidin ailə üzvləri, din xadimləri, ağsaqqallar, kənd sakinləri iştirak ediblər.
Əvvəlcə şəhidin əziz xatirəsi ehtiramla yad olunub, məzarı üzərinə gül dəstələri düzülüb.
Şəhidin təhsil aldığı Kürdəmiş kənd tam orta məktəbin Rüfət Mayılov adlandırılan sinfinə keçərək məktəblilərlə görüşülmüş, məktəblilər vətənpərvərlik mövzusunda şeirlər səsləndirmişlər.
Sonra rayonun Kürdəmiş kəndində şəhidin adına verilmiş küçənin açılışı olmuşdur.
İcra hakimiyyəti başçısının səlahiyyətlərini müvəqqəti icra edən İkram Vəliyev mərasimdə çıxış edərək bildirib ki, Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində 30 ilə yaxın həsrətində qaldığımız torpaqlarımızı işğaldan azad etdi. Bu Qələbənin asan olmadığı, Rüfət və onun kimi şəhidlərimizin qanı bahasına qazanıldığı vurğulanıb.
Çıxış edən digər natiqlər qeyd etdilər ki, illər keçsə də, gələcək nəsillər onları hər zaman böyük minnətdarlıqla yad edəcəklər. Hər birimizin borcudur ki, bizə qələbə sevinci yaşadan şəhidlərimizi daim qəlbimizdə yaşadaq.
Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə dövlət başçısına minnətdarlığını bildirib.
Anım mərasimində şəhidin keçdiyi döyüş yolundan, qəhrəmanlığından danışılıb.
Qeyd olunub ki, şəhid Rüfət Mayılov 31.01.2001-ci il tarixdə Göyçay rayonu Kürdəmiş kəndində anadan olmuşdur. 03.04.2019-cu il tarixdə həqiqi hərbi xidmətə cağrılmışdır. 30 sentyabr 2020-ci il tarixdə Füzuli istiqamətində gedən döyüşlərdə qəhramancasına şəhid olmuşdur. Ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə "Vətən uğrunda", “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilmişdir.
Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin.