Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Şəhid Qafarov Kənan Siyaqif oğlu oğlunun ildönümü qeyd olundu

08 oktyabr 2022 | 18:13

44 günlük Vətən müharibəsində torpaqlarımızın bütövlüyü uğurunda gedən döyüşlərdə şəhidlik zirvəsinə yüksələn Yalman kənd sakini, Qafarov Kənan Siyaqif oğlu ikinci ildönümü məzarı önündə qeyd olundu.

Tədbir iştirakçıları əvvəlcə şəhidin əziz xatirəsini ehtiramla yad edib, məzarı üzərinə gül dəstələri düzüblər.

Sonra şəhidin təhsil aldığı Yalman kənd ümumi orta məktəbin Kənan Qafarov adlandırılan sinfinə keçərək məktəblilərlə görüşülmüş, məktəblilər vətənpərvərlik mövzusunda şeirlər səsləndirmiş və şəhidin keçdiyi döyüş yolundan, qəhrəmanlığından danışılmışdır.

Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə ölkə başçısına minnətdarlıqlarını bildirdilər.

Xatırladaq ki, şəhid Kənan Qafarov 06.08.1996-cı il tarixdə Göyçay rayonu Yalman kəndində anadan olmuşdur. Həqiqi hərbi xidmətini bitirdikdən sonra 24.02.2017-ci il tarixdə N saylı hərbi hissədə Gizir vəzifəsində xidmətə başlamışdır. 08 oktyabr 2020-ci il tarixdə Füzuli istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. Ölümündən sonra Azərbaycan Respublikası Prezdentinin sərəncamı ilə “Azərbaycan Bayrağı ordeni”, “Vətən uğrunda” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilmişdir.

Keçidlər