Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Şəhid Polkovnik-Leytenant Vidadi Xəlilovun ad günü qeyd olundu

16 iyul 2022 | 12:37

Vətən müharibəsində şəhidlik zirvəsinə yüksələn Polkovnik-Leytenant Vidadi Xəlilovun ad günü məzarı önündə qeyd olundu.

Mərasimdə rayon İcra Hakimiyyətinin başçısı səlahiyyətlərini müvəqqəti icra edən İkram Vəliyev, RİH başçısı aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin əməkdaşları, Yeni Azərbaycan Partiyası rayon təşkilatının sədri Sahib Şükürov, Şəhid Ailələrinə “Qayğı” Cəmiyyətinin Göyçay rayonu şöbəsinin nümayəndələri, ictimaiyyət nümayəndələri və şəhidin ailə üzvləri iştirak edirdilər.

Göyçay şəhər Şəhidlər Xiyabanında şəhidin əziz xatirəsi ehtiramla yad olunub, məzarı üzərinə gül dəstələri düzülüb.

Rayon İcra Hakimiyyətinin başçısı səlahiyyətlərini müvəqqəti icra edən İkram Vəliyev şəhidin ailəsinə baş sağlığı verərək, dövlətimiz tərəfindən Şəhid Polkovnik-Leytenanta verilən təltiflərdən, qayğı və diqqətdən bəhs etmişdir.

İ.Vəliyev Azərbaycan Ordusunun qüdrətindən, şəhidlərimizin döyüş zamanı göstərdiyi qəhrəmanlıqlardan söz açmış və rəşadətli ordumuz, qəhrəman oğullarımız qəhrəmanlıq göstərərək həyatları bahasına torpaqlarımızı düşməndən işğalçılardan azad etdiyini qeyd etmişdir.

Mərasimdə çıxış edənlər şəhid Vidadi Xəlilovun keçdiyi qısa və mənalı həyat yolundan söz açmış, vətənimizin bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş şəhidlərin əziz xatirəsini daim uca tutmağı, tarix yazan qəhrəman şəhidlərin and yerimizə, ziyarət məkanımıza çevriləcəklərini bildirmişlər.

Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya  minnətdarlıqlarını bildirmişlər.

Sonda məktəblilər vətənpərvərlik mövzusunda şeirlər səsləndiriblər.

Xatırladaq ki, şəhid Vidadi Xəlilov 16 iyul 1982-ci il tarixdə Göyçay şəhərində anadan olmuşdur. 1999-cu ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Akademiyaya daxil olmuş, 2003-cü ildən zabit kimi N saylı hərbi hissədə xidmətini davam etdirmişdir. 30 oktyabr 2020-ci il tarixdə Laçın   istiqamətində gedən döyüşlərdə qəhramancasına şəhid olmuşdur. Azərbaycan Respublikası Prezidentinin  sərəncamı ilə "Azərbaycan Bayrağı" ordeni və "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə", "Qubadlının azad, olunmasına görə", “Laçının azad olunmasına görə” və "Hərbi xidmətlərə görə" medalları ilə təltif edilmişdir.

Keçidlər