Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Şəhid Paşa Həkim oğlu Salmanovun ad günü qeyd olundu

13 avqust 2022 | 21:31

Torpaqlarımızın bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olan Paşa Həkim oğlu Salmanovun ad günü Çərəcə kəndində şəhidin məzarı önündə qeyd olundu.

Mərasimdə rayon İcra Hakimiyyətinin başçısı səlahiyyətlərini müvəqqəti icra edən İkram Vəliyev, RİH başçısı aparatının əməkdaşları, Yeni Azərbaycan Partiyası rayon təşkilatının sədri, Şəhid Ailələrinə “Qayğı” Cəmiyyətinin Göyçay rayonu şöbəsinin nümayəndələri, kənd sakinləri və şəhidin ailə üzvləri iştirak edirdilər.

Əvvəlcə şəhidin əziz xatirəsi ehtiramla yad olunub, məzarı üzərinə gül dəstələri düzülüb.

Mərasimdə çıxış edənlər şəhid Paşa Salmanovun keçdiyi qısa və mənalı həyat yolundan söz açmış, vətənimizin bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş şəhidlərin əziz xatirəsini daim uca tutmağı, tarix yazan qəhrəman şəhidlərin and yerimizə, ziyarət məkanımıza çevriləcəklərini bildirmişlər.

Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirmişlər.

Sonda məktəblilər vətənpərvərlik mövzusunda şeirlər səsləndiriblər.

Xatırladaq ki, şəhid Paşa Salmanov 13.08.1995-ci il tarixdə Göyçay rayonu Çərəcə kəndində anadan olmuşdur. 21 sentyabr 2020-ci il tarixdə hərbi təlimlərə cəlb edilmiş, 06 dekabr 2020-ci il tarixdə Ağdam istiqamətində gedən döyüşlərdə qəhramancasına şəhid olmuşdur. Ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Ağdamın azad olunmasına görə”, “Vətən uğrunda” və “Cəsur döyüşçü” medalları ilə təltif edilmişdir.

Keçidlər