Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Şəhid Məhərrəmov Elnur Nərbala oğlu son mənzilə yola salınıb

15 sentyabr 2022 | 18:00

Ermənistan silahlı qüvvələri tərəfindən Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində törədilən genişmiqyaslı təxribatın qarşısı alınarkən Göyçay rayonunun Şəkər kənd sakini, 2001-ci il təvəllüdlü Məhərrəmov Elnur Nərbala oğlu şəhidlik zirvəsinə ucalmışdır.

Şəhid Elnur Məhərrəmovun nəşi dəfn olunmaq üçün doğulduğu Şəkər kəndinə gətirilmişdir. Şəhidlə vida mərasimində rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin rəhbərləri, idarə, müəssisə və təşkilatların əməkdaşları, şəhidin ailə üzvləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.

Şəhid dəfn edildikdən sonra məzarı üzərinə gül dəstələri düzülərək ruhuna dualar oxunmuşdur.

Elnur Məhərrəmovun nəşinin büküldüyü Azərbaycan Respublikasının üç rəngli bayrağı şəhidin atasına təhvil verilmişdir.

Şəhidlərimizin əziz xatirəsi Azərbaycan xalqının qəlbində əbədi yaşacaqdır. Başın sağ olsun vətən!

 

Keçidlər